Poroşenko: Avropa Birliyinə vizasız rejimin qüvvəyə minməsindən sonra nəhayət ki, deyəcəyik: Sağlıqla qal, Rusiya İmperiyası

Avropa Birliyinə vizasız rejimin qüvvəyə minməsindən sonra nəhayət ki, deyəcəyik: Sağlıqla qal, Rusiya İmperiyası, deyə Ukrayna Prezidenti Petro Poroşenko bildirib.
Qeyd etmək lazımdır ki, 11 iyun tarixindən Ukrayna vətəndaşları üçün Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək.
Onun sözlərinə görə bəziləri Ukraynanın bunu bacarmayacağını gözləyirmiş
“Biz indi dəqiq dəyişikliklərə başlayırıq. Back in the USSR (Geri SSSR-i) indi yalnız Beatles-i dinləyərkən eşidəcəksiniz. Ukrayna heç vaxt Sovet Şurasına qayıtmayacaq. Çünki biz qürurlu, azad və demokratik millətik. Biz Avropalıların ailəsinə qayıdırıq. Fəxr edirəm ki, biz bunu bacardıq”, – deyə Ukrayna lideri qeyd edib.
Petro Poroşenko eləcə də bildirib ki, “Ukrayna NATO və Avropa İttifaqının üzvü olacaq”.
“Heç kim və heçnə bizi dayandırmayacaq”, – deyə əlavə edib.
Mənbə: interpressnews.ge
0 Comments