Güclü yağan dolu Bolnisi və Dmanisi bələdiyyələrində kənd təsərrüfatına ciddi zərər vurub

Bolnisi və Dmanisi bələdiyyələrində təbii fəlakət nəticəsində dəymiş zərəri hesablayırlar. Güclü yağan dolu kənd təsərrüfatı sahələrinə zərər vurub. Dolu təxmini olaraq 30 dəqiqə davam edib. Yerlilərin verdiyi məlumata əsasən 1500 hektara qədər dənli bitkilərin sahəsi məhv olub, 12 hektar üzümə, meyvə ağacları və qoz bağlarına zərər dəyib.

Güclü dolu nəticəsində Dmanisi şəhərinin bir hissəsi (Svanlar qəsəbəsi), Qantiadi, Cavax, Dəllər, Qızılkilsə və Kakliani kəndləri zərər görüb. Dolu Dmanisidə 20 dəqiqə davam edib. Əsasən Cavax kəndinin əhalisi zərər çəkib. Dolu kənddə demək olar ki, məhsulu 100% məhv edib.

Yerlilər təbii fəlakət nəticəsində dəyən zərərin qarşlıanmasını hakimiyyətdən tələb edirlər və bildirirlər ki, təbii fəlakət onları demək olar ki, tam məhsulsuz qoyub. Güclü dolu tamamən üzüm, tərəvəz və dənli bitkiləri, meyvə ağaclarını məhv edib.

Bolnisi bələdiyyəsində əsasən məshulu sığortalanmış yerli fermerlər zərər görüb. Yerli əhalidən isə Disvel kəndinin sakinləri dəyən zərərin ödənməsini hakimiyyətdən tələb edirlər.
Mənbə: interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register