Ukrayna vizasız rejimin qüvvəyə minməsini qeyd edir

pasport

Ukraynada Avropa Birliyinə vizasız rejimin qüvvəyə minməsini qeyd edirlər. Kievin mərkəzində gecə 10 mindən çox vətəndaş toplaşıb və bayram tədbirinə qoşulublar.

Tədbirin əsas hissəsi Kreşatikdə və Avropa meydanında baş tutub. Küçəyə çıxanların çox hissəsi gənclərdən ibarət imiş. Onlar Ukrayna və Avropa Birliyi bayraqlarını gətiriblər. Avropa meydanında montaj edilmiş böyük ekranda vizasız rejimin qüvvəyə minməsinə qalan vaxtın sayılması gedirdi.

Ukrayna Prezidenti Pedro Poroşenko Avropa meydanındakı əhaliyə müraciət edib: “Baxın, ukraynalı qardaşlar, tale bizim üzümüzə güldü. Bunun üçüb bizim  əcdadlarımızın bir çox nəsili mübarizə aparırdı”. Ukraynanın birinci şəxsi xüsusi olaraq qeyd edib ki, bu məqam həm də Rusiya İmperiyası ilə Ukraynanın sonuncu ayrılığının başlanğıcını qoymaqla diqqətəlayiqdir.
Mənbə: interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register