Qoridə qatarla yük avtomobili toqquşub

Gürcüstan dəmiryolunun Qori-Nikozi hissəsində gedən qatarla yük maşını toqquşub və qatar relslərdən çıxıb. Məlumata görə avtomobildə iki nəfər zərər görüb.
“Qatarla yük maşını toqquşub. Xoşbəxtlikdən qurban yoxdur. İki nəfər zərər çəkib: Biri ayağını sındırıb, digərinin əlində problem var. Araşdırma gedir. Prokurorluq işə qoşulub. Dəmiryol Departamenti və yerli hakimiyyət də səlahiyyətimiz çərçivəsində vəziyyəti qaydaya salmaq üçün köməklik edirik”, – deyir Qorinin meri Zurab Cirkvelaşvili.
Mənbə: netgazeti.ge
0 Comments