Tbilisinin aqrar bazarlarından 1-tona qədər naməlum mənşəli ət aşkarlanıb

Milli Ərzaq Agentliyinin məlumatına görə xidmətin mütəxəssisləri Tbilisi aqrar bazarlarını və yaxın ərazidə olan topdan satış ət obyektlərini yoxlayıblar.
Xidmət yoxlama nəticəsində bir tona qədər baytar arayışı “Forma N2” olmayan naməlum mənşəli ət aşkar ediblər.
Qanun pozuntusu üçün 3 biznes operator cərimələnib. Agentliyin məlumatına görə, naməlum mənşəli ət realizədən çıxarılıb və onların nəzarəti ilə məhv ediləcək
Mənbə: netgazeti.ge
0 Comments