Maliyyə nazirliyinin araşdırma xidmətinin rəhbərinin iki müavini vəzifəsini tərk edib
Maliyyə nazirliyinin araşdırma xidmətinin yeni rəhbərinin gəlişindən sonra bir neçə kadr dəyişikliyi həyata keçirilib.
Araşdırma xidməti rəhbərinin hər iki müavini vəzifəsini tərk edib. Məlumata görə baş idarəçiliyin rəhbəri Zurab Sicinava da vəzifəsini tərk edib.
8 iyun tarixində maliyyə nazirliyinin araşdırma xidmətinin yeni rəhbəri olaraq Levan Qamğrelidze təyin olunub. O, bu vəzifədə Baş Prokurorun müavini vəzifəsini tutan, Qiorqi Badaşvilini əvəz edib.
Mənbə: interpressnews.ge
0 Comments