Marneuldə “Uşaq Hüquqlarının Qorunması” mövzusunda məktəb şagirdləri üçün fotomüsabiqə keçirildi

myc

12 iyun tarixində Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Uşaq Hüquqlarının Qorunması” mövzusunda məktəb şagirdləri üçün fotomüsabiqə baş tutdu. Müsabiqə Avropa Birliyinin maliyyə dəstəyi ilə “Uşaq Hüquqlarının Qorunması üçün Yerli İmkanları Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirildi.

Müsabiqə müddətində şagirdlər fotolar (fotoportret, fotohekayə və.s) hazırladılar. Müsabiqənin mövzusu uşaq zorakılığı, erkən evlilik, uşaq əməyi və  uşaqların təhsil hüquqularına aid idi. Foto müsabiqədən öncə hüquqşunas Səxavət  Osmanov “Uşaq Hüquqlarının Qorunması” mövzusu haqqında mühazirə keçdi.

Çəkilən foto bölgələrdə uşaq hüquqlarının qorunmasına həsr edilmişdir. Sərgi 12 iyun Uşaq Əməyinə Qarşı Mübarizə Günündə nümayiş edildi və 30 fotodan 3 foto müsabiqənin qalibi oldu. Sərgilənən fotolar kommisiya tərəfindən seçildi. Qalib gələn uşaqlar I, II, III yerləri bölüşdülər. I-ci yerin qalibi Alget 1 nömrəli ictimai məktəbinin 11-ci sinif şagirdi Sərxan Rzayev, II-ci yerin qalibi Baydar ictimai məktəbinin 9-cu sinif  şagirdi Sona Muxayeva və III-cü yerin qalibi isə Kürtlər ictimai məktəbinin 10-cu sinif şagirdi Nihat Məmmədov oldu. Qalib gələn məktəb şagirdəri öz sevinclərini bizimlə bölüşdülər.

Müsiflər heyətinin üzvü Akif Xansultanlı bildirdi ki, nümayiş olunan foto şəkilləri seçmək çox çətin oldu. Çünki çəkilən şəkillər biri-birindən gözəl idi. Hər bir şəkil yaxşı olsa da biz sadəcə onların arasından üç foto şəkili seçə bildik. Amma mən inanıram ki, gənclərmizin uğuru bununla bitməyəcək və daimi olacaq.

Marneuli Gənclər Mərkəzinin koordinatoru Gülbən Əliyeva qeyd etdi ki, bu günü seçməyimizdə məqsəd o oldu ki, 12 iyun Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür.

Qasımlı ictimai məktəbinin 12-ci sinif şagirdi Arzu Bayramova tədbirdə iştirak etdiyi üçün çox sevindiyini bildirdi.

Tədbirin sonunda qalib gələn məktəb şagirdlərinə kiçik hədiyyələr təqdim olundu.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register