Marneulidə “Yaradıcı Gənclər Akademiyası”nın təqdimatı baş tutdu
12 iyun tarixində Marneuli Mədəniyyət Evində yeni fəaliyyətə başlayan “Yaradıcı Gənclər Akademiyası”nın təqdimatı baş tutdu. Eyni zamanda təqdimat mərasimində istedadlı məktəb şagirdlərinin müxtəlif mövzulu çıxışları (musiqi, şeir, musiqi alətlərində ifalar) baş tutdu. Bununla yanaşı məktəb şagirdlərinin əl işləri və rəsm sərgisi də həyata keçirildi.
Təqdimat da hökumət və qeyri-hökumət nümayəndələri, müəllimlər və şagirdlər, gənclər və tədbirə dəvət olunmuş qonaqlar iştirak edirdilər.
“Yaradıcı Gənclər Akademiyası”nın təsisçilərindən biri olan Novruzəli Hüseyinov Radiomuza bildirdi ki, tşçkilatın əsasən Kvemo-Kartli bölgəsində fəaliyyət göstərəcək. Məqsəd isə ondan ibarətdirr ki, regionda tədbirlər həyata keçirmək və gənclərin inkişafına dəstək olmaqdır. Həmçinin bizim təşkilatın üzvləri xaricdə təhsil alan gənclərdi və onların ordakı təhsil və inkişafı regionda tətbiq etməkdir.
Tədbirdə iştirak edən gənclər bildirdilər ki, belə təşkilatların yaradılması çox önəmlidir.
Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusubov bildirdi ki, tədbir çox gözəl oldu. Həmçinin onların məktəb şagirdlərinin çıxışları, onların səhnədə yer alması və gənclərmizin inkişafına çox böyük tövhə verəcək.
Qeyd edək ki, “Yaradıcı Gənclər Akademiyası” yeni yaradılıb və bu onun ilk tədbiridir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments