Rəsm müsabiqəsi “kitabxana, uğurlu gələcək üçün yol”

Kitab

12 iyun tarixində “Kitabxana, uğurlu gələcək üçün yol”  mövzusunda rəsm müsabqəsi keçirildi. Müsabiqə haqqında bizə Marneuli kitbxanasının direktoru ELana Xexelaşvili danışdı.

   “Şagirdlər çalışdılar ki, rəsm vasitəsi ilə kitabxananın onlara nə dərəcədə köməklik göstərdiyini təsvir etsinlər. Qeyd olunan rəsmlərdən juri üçünü seçdi və həmin qaliblərə sertifikat və hədiyyələr verildi. Hətta o qədər gözəl rəsmlər idi ki, juri öz istəyi ilə dördüncü qalibi də elan etdi və dörd hədiyyə təqdim olundu”.

Rəsm müsabiqəsində eləcə də Marneuli munisipolitetinin icra başçısı Merab Topçişvili də iştirak edirdi. O tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə yetirdi.

   “Mən çox sevinirəm ki, çox gözəl fikirlərlə təqdim olunmuş rəsm və işlərdir. Kitabxana, uğur və gələcək çox gözəl təsvir olunub. Çox ağıllı nəsil yetişir. Hər bir əsas mövzuya yüksək səviyyədə diqqət yetiriblər”.

Sereteli kəndinin ictimai məktəbinin şagirdi Anna Nadirazde “Kitabxana, uğurlu gələcək üçün yol”   müsabiqəsinin qaliblərindən biri oldu. O, öz təəssüratlarını bizimlə paylaşdı.

  “Mənim rəsmim birinci yeri tutdu. Çox sevinirəm. Ümid edirəm belə təkliflər yenə olacaq”.

Müsabiqədə marneulinin 18 məktəbindən 50 nəfərə qədər şagird iştirak edirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register