Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib. Bu oyun avadanlığı hazırda bazardakı ən güclü avadanlıq hesab edilir. İstehsalçı iddia edir ki, avadanlıqdakı oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin “Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir. Yeni oyun avadanlığı bu ilin noyabrın 7-də satışa çıxarılacaq. Onun bazardakı qiyməti 500 dollar təşkil edəcək.

1

Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələri bu ölkədə yeni “iPhone 8” flaqman smartfonunun dəqiq qiymətini öyrəniblər. “iPhone 8” flaqman smartfonunun dəyəri 80-90 min rubl təşkil edir. Bu da manatla ifadədə 2384-2682 manat deməkdir. Nəzərə çatdıraq ki, Rusiya bazarı daim smartfonların baha olması ilə diqqət çəkib. Belə ki, Amerika bazarında bu smartfonlar 1000 dollar  təşkil edir. Böyük fərq rusiyalı riteyllərin ənənəvi olaraq qiymətin üstünə gəldikləri vəsaitlə izah edilir.

2

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkətinin bazar dəyəri ilk dəfə olaraq dünyanın ən məşhur ənənəvi avtomobil istehsalçılarından olan Almaniyanın BMW şirkətinin bazar dəyərini geridə qoyub. iyunun 9-da birjada aparılan ticarət əməliyyatları zamanı “Tesla”nın səhmlərinin qiyməti 1,4% artaraq 63,68 milyard dollara çatıb. (Hər səhmə görə 376,87.) Bununla da şirkət BMW-ni keçərək dünya avtomobil istehsalçıları arasında 4-cü sıraya yüksəlib. ABŞ daxilində isə şirkət ilk sıradadır. Dünya sıralamasında ilk üç yeri “Toyota”, “Daimler” və “Volkswagen” tutur. Qeyd edək ki, bu yaxınlarda “Tesla” səhmdarlarının toplantısında şirkətin rəhbəri İlon Mask yayda “Model 3”ün kütləvi istehsalına başlayacaqlarını açıqlayıb. Bu model bir dəfə doldurulmaqla 340-480 km hərəkət edə bilir. Saatda 100 km sürəti 6 saniyədə yığır. Avtomobilin qiyməti 35 min dollardır. “Tesla” bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə istehsalını 69% artıraraq 25 min ədədə çatdırıb.

3

“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib. Bu oyun avadanlığı hazırda bazarda ən güclüsü hesab edilir. İstehsalçı iddia edir ki, avadanlığında oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin “Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir. Gözlənilir ki, yeni oyun avadanlığı bu ilin noyabrın 7-də satışa çıxarılacaq. Onun bazardakı qiyməti 500 dollar təşkil edəcək.

4

Çinin “Huawei” şirkəti yeni “Honor 9” smartfonunu təqdim edib. Smartfon ikili kameraya və 6 Gb operativ yaddaşa malikdir. Səkkiznüvəli “Kirin 960” prosessoru ilə təchiz olunub. Ekran 5,15 ölçülüdür (1920×1080 piksel), batareyanın həcmi 3200-dür. Əsas kamera 12 və 20 meqapiksellik iki moduldan ibarətdir və ikili optik zum funksiyasına malikdir. Ön kamera 8 meqapikseldir. Qiymət 440 dollardan başlayır.

5

Koreyalı analitiklər hesab edirlər ki, bu ilin ikinci rübündə “Samsung Elecronics” şirkətinin əməliyyat gəlirləri 11,5 milyard dollar təşkil edəcək və şirkət yeni rekord vuracaq. Əvvəl bu rəqəm təxminən 10,6 milyard dollar olub. “Samsung Electronics”in rekord rüblük əməliyyat gəlirləri 2013-cü ilin üçüncü rübündə qeydə alınıb – o zaman bu göstərici 9 milyard dollara yaxın olub. Bu ilin birinci rübündə isə bu gəlirlər 8,8 milyard dollar təşkil edib. “FN Guide” şirkətinin analitikləri hesab edirlər ki, şirkətin satışları 13,3 faiz artacaq və 51,7 milyard dollara çatacaq. Şirkətin əməliyyat gəlirləri bazarın təxminən 60 faizini təşkil edəcək. “eBEST Investment & Securities” şirkətinin mütəxəssisləri daha irəli gedib və hesab edirlər ki, ikinci rübdə “Samsung”un əməliyyat gəlirləri və satışları müvafiq olaraq 12,44 və 52,3 milyard dollar təşkil edəcək. Bu sahədə şirkətə yarımkeçirici məhsulların yüksək qiymətləri və OLED displeylərinə böyük tələbat kömək edəcək. Həmçinin “Samsung Galaxy S8” flaqman smartfonlarının əla satışları buna yardımçı olacaq.

6

Çində pilotsuz uçan aparatların buraxılmasında yeni rekord qeydə alınıb. Bu ölkədə göyə 119 ədəd aparat qaldırılıb. Bu nailiyyət haqqında Çin mətbuatı xəbər verib. Yerli elektron texnologiya şirkətinin nümayəndələri pilotsuz uçan aparatları katapultanın (sapand) köməyi ilə göyə buraxıblar. Qeyd edilir ki, dronlar havada müxtəlif fiqurlar nümayiş etdiriblər və izləməyə gələn tamaşaçıları təəccübləndiriblər. Şirkət əməkdaşları bildirirlər ki, bu sahə müasir dünyada süni intellekt sistemində ən maraqlı sahə sayılır. Bu il yazın sonunda Çində jestlərlə idarə olunan pilotsuz uçan aparatlar təqdim edilib. Bu icad selfi etmək həvəsində olanlar üçün ən uyğun tapıntı hesab olunur. Belə ki, onlar artıq özləri üçün heç bir əlavə çubuğa ehtiyac olmadan havadan şəkil çəkdirmək imkanına malikdirlər. Dron havada cəmi 16 dəqiqə qalmaq imkanına malikdir.

7

İstehsal tarixi belə bilinməyən “Apple”nin yeni texnoloji yeniliyi “iPhone 8″in görüntüləri yayılıb. İstiPress-in məlumatına görə, yeni smatrfonun olduğu iddia edilən görüntülər internetdə yerləşdirilib. Adətən bu telefonun ekranı qapalı ikən olan fotoları yayılırdı. Yeni yayılan fotolarda isə ekran görüntüsü açıqdır. Yeni modeldə ekran telefonun bütün səhtini qapayır. Hətta kamera və səsgücləndirici olan sahə də ekranın altında qalıb. İddiaya görə, “iPhone 8” əsas rəqibi hesab edilən “Samsung Galaxy S8″dən daha nazik olacaq. Eskizlərdə telefonun arxa hissəsi göstərilməyib. Bu da “Touch ID”nin onun arxasına köçürüldüyünü deməyə əsas verir.

8

“Ağıllı” yol avtomobillərlə məlumat mübadiləsi edəcək. Ohayo Universitetinin alimləri ABŞ-da “v2i” (vehicle-to-infrastructure) məlumat mübadiləsi texnologiyasını dəstəkləyən ilk “ağıllı” yol inşa edərək tezliklə onun sınaqlarına başlamağı planlaşdırırlar. Texnologiya avtomobilə yol infrastrukturundan müxtəlif informasiyanın ötürülməsini təmin edir. “v2i” sistemlərindən istifadə avtomobil trafikini daha dəqiq idarə etməyə, yolların buraxılış qabiliyyətini artırmağa və yol-nəqliyyat hadisələrinin sayını azaltmağa imkan verəcək. Tablo, yol nişanları və işıqfor ötürücülərindən əldə edilən informasiya sayəsində avtomobil sürücünü marşrut üzrə tıxaclar və ya qəzalar barədə xəbərdar edəcək, eləcə də optimal dolama yol tapmağa və səfərin vaxtını proqnozlaşdırmağa kömək edəcək. Məlumata görə, hazırda seriyalı avtomobillərdə quraşdırılmayan “v2i” sistemləri perspektivli texnologiya kimi mövcuddur. Alimlər Ohayo ştatında Kolumbus şəhəri yaxınlığında “Route 33” şosesinin bir hissəsini “ağıllı” yola çevirmək qərarına gəliblər. Layihə çərçivəsində 56 kilometr uzunluğunda yol quraşdırılan ötürücülərə sürətli məlumat mübadiləsinə imkan verəcək optik-lif rabitə xətti ilə təchiz ediləcək. Avtomobillərə məlumat göndərəcək və onlardan informasiya qəbul edəcək yaxın hərəkət radiuslu ötürücülər hər 600 metrdən bir quraşdırılacaq. “Ağıllı” şosedə “v2i” sistemi vasitəsilə hansı məlumatların ötürülməsinin nəzərdə tutulması barədə məlumat verilmir. İnnovativ yolun tikintisini 2018-ci ilin sonunadək başa çatdırmaq planlaşdırılır. O vaxtadək “v2i” infrastrukturu ilə məlumat mübadiləsi texnologiyasını bir neçə seriyalı avtomobilin dəstəkləyəcəyi gözlənilir. Ohayo Universiteti layihəyə 21 milyon dollar sərf edib.

9

Xarici görünüşcə Honor 9, keçmiş Honor 8 modelinə bənzəyir. Smartfonun arxa paneli şüşədən, qıraqları isə metal çərçivədən ibarətdir. Keçmiş versiyalardan fərqli olaraq bu dəfə barmaq izi skanı məhz “Home” düyməsinə inteqrasiya edilmişdir. Texniki göstəricilərə gəldikdə isə Honor 9, 5.15 inç Full HD IPS ekran, 8 nüvəli Kirin 960 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 3200 mAh enerji tutumlu batareya (Super Charge 3.0 sürətli enerji yığma funksiyalı), biri 12, digəri isə 20 MP olmaqla ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Yeni Honor 9-un əsas üstünlüyü qiymətindədir. Belə ki, Çin bazarında 4 GB RAM-lıq və 64 GB-lıq daxili yaddaşa sahib versiya 334$, 6 GB RAM-lıq və 64 GB-lıq daxili yaddaşa sahib versiya 383$, 6 GB RAM-lıq və 128 GB-lıq daxili yaddaşa sahib versiya isə 442$ təşkil edəcək.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register