Məktəb təhsil hüququnun həyata keçirilməsini təmin etməlidir

images

2016-cı il uşaq əməyinin milli araşdırması nəticəsində aşkar olub ki, ölkədə uşaq üçün zərərli hesab oluna biləcək sahədə 24000 uşaq işləyir, o cümlədən, uşaqların 64%-i təhlükəli iş görür. 4700 uşaq təhlükəli qurğular və alətlərlə işləmək məcburiyyətindədirlər. Gürcüstan xalq müdafiəçisinin hesabatına görə, yalnız 2016-cı ildə iş fəaliyyətinə başlamağa görə məktəbləri 1165 şagird tərk edib. Deyilənə görə vəziyyət daha mürəkkəbdir, belə ki, hesabatda əksəriyyəti istismar qurbanı olan küçədə yaşayan və işləyən uşaqlar nəzərə alınmayıb. Hesabatda Marneuli bələdiyyəsi qeyd olunmayıb, Marneuli bələdiyyəsi Təhsil Resurs Mərkəzinin bu məsələ ilə bağlı məlumatı yoxdur. Biz bu barədə uşaq hüquqlarının müdafiəsi sahəsində işləyən Marneuli Demokrat Qadınlar Cəmiyyətinin sədri Olqa Endeladze ilə söhbət etdik. O, məktəbin dövlətdə təhsil hüquqlarının təminatı öhdəliyindən danışdı:

“Real olaraq, əgər uşaq məktəbdən uzaqlaşırsa, direktor tərəfindən bunun səbəbi yaxşıca araşdırılmalıdır. Real olaraq məktəblər bunu etmir. Çünki onlar hesab edir ki, əgər valideynlər uşaqlarını məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, artıq burada onların səlahiyyəti tamamlanır. Bəli, valideynin buna hüququ çatır, lakin, direktor məktəbdən kənarlaşdırma haqqında əmr yazmamışdan əvvəl bir qayda olaraq məktəb məktəb yoxlamalıdır ki, bu əmrdən sonra şagirdin təhsil hüququ məhdudlaşacaq, ya yox. Məktəb dövlətdə təhsil hüququnu təmin edən dövlət müəssisəsidir. Lakin bu proseduralar praktiki olaraq heç yerdə yoxdur. Biz bu prosedurları bu gün ona görə müzakirə edirik ki, bu erkən evliliyin qarşısının alınması üçün mühümdür”.

Artıq hakimiyyətin qərarı ilə referatlaşdırma mexanizmi olduğuna görə dövlət bütün təhsil müəssisələrindən tələb edir ki bu proseduraları keçsin ki orada zorakılıq faktının nə qədər olduğu aşkarlansın. Ola bilər ki, bu fiziki zorakılıq deyil, psixoloji zorakılıqdır. Lakin bu psixoloji zorakılıq üzündən uşaq artıq təhsil hüququnu itirir.

Gürcüstan Uşaq və Gənclər Koalisiyası Təhsil və Elm Nazirliyini iş ucbatından uşaqların məktəbi tərk etməsinin qarşısının alınmasını gücləndirməyə və bu halları qeydiyyata almağa çağırır.Daxili İşlər Nazirliyi və digər bütün məsul orqanlar istismar hallarında effektiv reaksiya göstərməli, qanunsuz miqrasiya və uşaq trefikinqinin haradan qaldırılması tədbirlərini sərtləşdirməlidir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register