1320 nəfər Marneuli sakini gender kvotasını dəstəkləyir

qa

Parlamentə gender kvotasına dair qanunlayihə daxil ediblər.

QHT və beynəlxalq təşkilatlardan yaradılmış qadının siyasi iştirakının işci qrupu Gürcüstan Parlamentinə gender kvotası haqqında qanunlayihə təqdim edib. Qanunlayihə ilə birgə Gürcüstan miqyasında 37 455 seçicinin imzası da təqdim olunub.

Qanunlayihə  orqanik qanunda 2 – seçki məcəlləsi və siyasi vətəndaş birləşmələri haqqında qanuna dəyişiklik daxil edilməsini və qadınların siyasətdə iştirakının gücləndirilməsi üçün müvəqqəti ölçülərin götürülməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən partiyalar və semki blokları məcburdurlar  seçki siyahısını elə toplasınlar ki, siyahıda hər ikinci fərqli cinsin nümayəndəsi olan namizəd olsun.

37 min seçici arasında 1320 nəfər, gender kvotası ilə qadınların siyasi gücləndirilməsinə dəstək olan marneuli sakinidir. Mariam Samxaradze onlardan biridir. Onun sözlərinə görə gender kvotası vacibdir.

Mariam Samxaradze Parlamentdən gender kvotaları haqqında qanunlayihənin qəbul olunmasınl gözləyir və düşünür ki, qanuni orqan xalqın fikrini nəzərə alacaq.

Biz Marenuli sakinlərinin qadınların siyasətə qoşulmasına olan baxışları ilə maraqlandıq və küçədə sorğu apardıq. Məlum oldu ki, sakinlərin çoxu qadının siyasətdə aktiv iştirakını dəstəkləyir.

Baxmayaraq ki, sorğuda iştirak edənlərin çoxusu qadınların siyasətdə olmasını dəstəkləyir Gürcüstan Parlamentində qadınlar yalnız 16% təşkil edirlər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register