2016-cı ilin göstəricilərinə əsasən törədilmiş cinayətlər arasında oğurluq faktı çoxluq təşkil edir
Araşdırmaçı Jurnalistlər Birliyi www.ifact.ge səhifəsində bəzi faktlara dair 2016-cı ilin göstəricilərini yayımlayıblar. Səhifədə yerləşdirilmiş göstəricilərdə görə 2016-cı ildə qeydiyyata alınmış cinayətlərin sayı – 901 hadisə ilə keçən il törədilən cinayətlərin sayını aşıb. 2015-ci ildə 35, 096 cinayət qeydə alınmışdırsa, 2016-cı ildə cinayətlərin sayı 35, 997 olub.
Eləcə də qeyd olunur ki, 2016-cı ildə DİN tərəfindən ailədə zorakılığa dair 1356 hadisə qeydiyyata alınıb, bu isə 2015-ci ilin göstəricilərindən analoji olaraq 393 dəfə çoxdur. 2015-ci ildə 963 ailədə zorakılıq faktı baş vermişdirsə, 2016-cı ildə 1356 hadisə qeydə alınıb.
2016-cı ildə qeydə alınan cinayətlər arasında oğurluq 418 faktla keçən ilin göstəricilərini ötüb. 2015-ci ildə 9, 228 oğurluq faktı qeydə alınıb. 2016-ci ilin göstəriciləri isə 9, 464 təşkil edir.
Araşdırmaçı Jurnalistlər Birliyi qeyd edir ki, göstəriciləri məlumatları www.police.ge və Ombudsman xidmətinin göstəricilərinə əsasən yayımlayıblar.
Mənbə: ifact.ge
0 Comments