Majoritar seçki sistemi 2024-cü ildə ləğv oluna bilər

news4

Majoritar seçki sistemi ola bilsin ki, 2020-ci il parlament seçkiləri üçün deyil, 2024-cü il seçkilərində ləğv olunsun. “Gürcü Arzusunda” bu məsələ ilə bağlı konsultasiyalar gedir. Bu haqda jurnalistlərə Arçil Talakvadze bildirib.

Parlament çoxluğunun lideri, Arçil Talakvadzenin bildirdiyinə görə, Parlamentin sədri 13 iyun tarixində çoxluğa daxil olan fraksiyalarla və majoritar deputatlarla konsultasiyalar baş tutub. Onun sözlərinə görə, çoxluqda razılaşırlar ki, mövcud olan seçki sistemi daha demokratik sistemlə əvəz olunacaq.

“Müzakirə edirik  nə zaman proporsial sistemə keçəcəyik, ancaq razılığa nail olunub ki, daha demokratik sistemə keçməliyik” – deyə Talakvadze bildirib.

Onun sözlərinə görə, hələlik bonusun ən yüksək həddinin nə olacağına qərar verilməyib. Bonus məsələsini Parlament çoxluğu Venesiya Komitəsinin nəticəsindən sonra qərar verəcək:

“Venesiya Komitəsinin nəticəsini gözləyirik. Əgər orada bonus sistemi haqqında söhbət olsa, payızda biz bunu ən yaxşı Avropa təcrübəsini nəzərə almaqla edəcəyik. Güman ki, bu hədd Parlament yüksək kvalifikasiyalı nümayəndələrlə qərarlar qəbul edəndə keçməlidir. Müxalifətin də imkanları olmalıdır ki, belə qərarların qəbul olunmasında tam iştirak edə bilsinlər”.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register