Seçkidəki çatışmazlıqların aradan qaldırılması üçün xalq müdafiəçisinin tövsiyələri

%e1%83%90%e1%83%a0%e1%83%a9%e1%83%94%e1%83%95%e1%83%9c%e1%83%94%e1%83%91%e1%83%98

Gürcüstan Xalq Müdafiəçisi beynəlxalq təşkilatların, Prezident Aparatının, Mərkəzi Seçki Komissiyasının və qeyri hökumət təşkilatların nümayəndələrinə seçki prosesinin monitorinqi zamanı ortaya çıxmış problemlər haqqında xüsusi araşdırma və çatışmazlıqların aradan qaldırılması üçün mühüm tövsiyələr təqdim edib; bu 2017-ci ilin oktyabr ayında keçiriləcək yerli hakimiyyət seçkiləri ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir.

Xalq müdafiəçisinin fikrincə, səsvermə prosesində mövcud olan çatışmazlıqların böyük əksəriyyətini seçki administrasiyasının məqsədyönlü şəkildə hazırlanması ilə aradan qaldırmaq olar.  Seçkilərin monitorinqi prosesi göstərdi ki, seçicilərin məlumatlandırılması üçün Mərkəzi Seçki Komissiyasının gördüyü işlər kifayət deyil, Bu isə seçicilərinin bir hissəsində, xüsusən də etnik azlıqların məskunlaşdığı regionlarda çoxlu cavabsız sualların yaranmasına səbəb olur. Polis işçilərinin ilkin mərhələdə qanun pozuntuları hallarını müşahidəçi rolunda seyr etdikləri bir neçə qarşıdurma halını da qeyd etmək olar.

Araşdırma “Açıq Cəmiyyət – Gürcüstan” Fondunun “Seçki ərəfəsində insan haqlarının pozulması faktlarının monitorinqi” layihəsinin dəstəyi ilə aparılıb.

Monitorinqin nəticəsinə əsaslanaraq xalq müdafiəçisi Gürcüstan Parlamentinə, Mərkəzi Seçki Komissiyasına, Daxili İşlər Nazirliyinə, Gürcüstan Prokurorluğuna, Cəzaçəkmə və Probasiya Nazirliyinə tövsiyələr verib.

Gürcüstan Xalq Müdafiəçisinin tövsiyələri bunlardır:

  • Səsvermə proseslərinin biometrik metodlara keçirilməsi üçün qanuni tənzimləmələr üzərində işlənilməsinə başlanılsın. Bununla bərabər, metodologiya və tövsiyələr hazırlansın, seçki administrasiyasının işçilərinə hazırlıq keçilsin; məntəqə seçki komissiyasının üzvlərinin hazırlığı standartlarına yenidən baxılsın.
  • Gürcüstan Xalq Müdafiəçisi və onun xüsusi nümayəndələrinə qanunla səsvermə prosesinin gedişi zamanı seçki məntəqələrinə giriş və zəruri məlumatları dərhal tələb etmə hüququ verilsin.
  • İnzibati orqanların seçki öncəsi ərəfədə hakimiyyət komandasının seçkiöncəsi maraqlarına xidmət edə biləcək “ictimaiyyət üçün mühüm məlumatların yayılması məqsədilə” yayım xidməti alması qanunla məhdudlaşdırılsın.
  • Seçki məcəlləsi təmin olunsun ki, buna əsasən də səsvermənin davam etdiyi zaman polis işçiləri məntəqə ərazisində yalnız onların ictimai asayişin pozulmasının qarşısının alınması və ya onun qorunması üçün orada olması vacib olduğu zaman ola bilərlər; Polis işçiləri belə hal aradan qalxan kimi dərhal məntəqə ərazisini tərk etməlidirlər.
  • Hər bir zorakılıq halına dərhal, effektiv və qanunun tələblərinə müvafiq reaksiya göstərilsin.
  • Polis işçiləri tərəfindən güc tətbiq olunmaması təmin edilsin, güc tətbiq olunması və ya qeyri müvafiq reaksiya göstərilməsi halında dərhal effektiv istintaq aparılsın.
  • Cəzaçəkmə müəssisələrində müvafiq dairə seçki komissiyasına seçkidə iştirak hüququ olan məhbusların tam siyahısını təqdim edə biləcəyi evvektiv sistem yaradılsın.

Mənbə: http://www.ombudusman.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register