Sosial Agentliyə bulinq mövzusunda bir dəfə belə müraciət olunmayıb
2017-ci il 1 iyun tarixində Uşaqların müdafiə günündə Gürcüstanın Xalq Müdafiəçisi Gürcüstan dövlətinin diplomatik korpusuna, beynəlxalq və yerli təşkilatların nümayəndələri tərəfindən xüsusi hazırlanan “Uşaq hüquqları vəziyyəti haqqında” hesabatı təqdim etdi. Hesabatda baza təhsili haqqında məlumatlar var. 2016-cı ildə baza təhsilini ümumilikdə 241 nəfər başa çatdırmadan , 924-ü isə başa çatdırdıqdan sonra dayandırıb. Qeyri-münasib hallar uşağa qarşı zorakılıq hadisələrində də qeydə alınır. Xalq Müdafiəçisinin hesabatındakı məlumata görə 2016-cı ildə uşağa qarşı 755 zorakılıq faktı qeydə alınıb, əsas probelmlər arasında isə fiziki zorakılıq və bulinq öz yerini qoruyub saxlayır. Bununla bağlı biz Marneulinin Sosial Agentiyinə müraciət etdik. Marneuli Sosial Agentliyinin əməkdaşı Teona Sisvazde məktəblər tərəfindən qeyd edilən mövzu ilə bağlı bir dəfə belə olsun müraciət edilmədiyini bildirir.
Daha ətraflı sujetimizdə dinləyin
Amil Məmmədov2286 Posts
0 Comments