Tarixdə bu gün
Tarixdə bu gün 15.6.2017-cı il.
Kosovo Müharibəsi: Osmanlı dövləti Serb və Bosniyayla müharibədə qələbə qazanmışdır. Bu hadisə 1389-cu ilin 15 iyununda baş vermişdir.
15 iyun 1752-ci ildə Bencamin Franklin ildırımın elektrk olduğunu sübut etmişdir.
1859-cu ilin bu günü Ərzurumdakı şiddətli zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində şəhərin yarısından çoxu ziyan gördü və 3 min adam öldü.
Azərbaycanlı rəssam, Azərbaycanın Xalq Rəssamı, Əmək Qəhrəmanı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
1983-cu ilin 15 iyununda Pioneer 10 kosmos sondası, günəş sistemi xaricinə çıxan ilk insan istehsalı olan obyekt oldu.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments