DİN “Mavi Balina” oyunu haqqında bəyənat yayır

Daxili İşlər Nazirliyi bəyənat yayımlayır və onu sizə olduğu kimi təqdim edirik:

 

“Son dövrdə internet sahəsində yayılmış “Mavi Balina” oyunu ictimaiyyətin diqqət mərkəzinə çevrilib. İstifadəçilər isə əsasən yetkinlik yaşına çatmayanlardır. Qeyd olunan oyun Rusiyada, Böyük Britaniya və Avropanın müxtəlif ölkələrində yayılıb. Oyunun prinsiplərinə əsasən, oyunçu kuratordan mərhələləi şəkildə bir neçə, müxtəlif məzmunlu tapşırıqlar alır. Tapşırıqlar isə ola bilsin özünə zərər vurmağa çağırışı nəzərdə tutsun.

Oyunun sonunda, oyunçuya “kurator” sonuncu tapşırıq verir.  Bu da oyunçunu birbaşa özünü oldürməyə çağırır ki, çox hallarda bu oyunçunun sağlamlığının ağır zərər görməsi və ya pataloji nəticə ilə başa çatır.

Media vasitələri ilə yayımlanan məlumata görə, son dövrdə qeyd olunan oyun Gürcüstan ərazisində də  yayılıb. Yüksək ictimai maraqdan dolayı, qeyd olunan faktla əlaqədar olaraq Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin təşkilati cinayətlərlə mübarizənin baş idarəçiliyinin kibercinayətkarlıqla mübarizə idarəçiliyi Gürcüstan cinayət məcəlləsinin 115-ci maddəsinə əsasən istintaqa başlayıb. Maddə intihara qədər və ya cinayət cəhdinə qədər aparmağı və cinayət məcəlləsinin 285-ci maddəsinin 1-ci hissəsi isə kompüter göstəricilərinin və ya kompüter sisteminin qeyri-qanuni istifadəsini nəzərdə tutur.

Cinayətin aradan qaldırılması məqsədi ilə, DİN internet istifadəçilərini maksimum dərəcədə özlərini qeyd olunan mövzuda məlumatın geniş yayıılmasından qorumağa çağırır. Bu yeniyetmələrdə bir növ, qeyd olunan oyunun populyalaşdırılmasına dəstək ola bilər”, – deyə bəyənatda bildirilir.

 

Mənbə: Ambebi.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register