Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Hindistanda “iPhone” istehsalı ilə məşğul olan “Wistron” şirkətinin prezidenti Robert Hvan “Apple” yeni 8-ci nəsil smartfon barədə bəzi məlumatları təsdiqləyib. Bu barədə Nikkei Asian Review nəşri yazır. Onun sözlərinə görə, yeni “iPhone” su keçirməyən korpusa malik olacaq, və qacet naqilsiz enerji yığma sistemi ilə təchiz ediləcək. Yeni “iPhone” 2017-ci ilin payızında təqdim olunacaq. Smartfonun əsas xüsusiyyətləri yeni ikili kamera, çərçivəsiz ekran və naqilsiz enerji yığma sistemidir. “iPhone 8”in arxa hissəsi şüşədən hazırlanacaq.

1

Analitiklər hesab edir ki, OLED ekranlı televizorların tədarükü bu il iki dəfədən çox artmalı və 2 milyon ədədi keçməlidir. Bazarın lideri LG şirkəti olaraq qalır. Belə ki, bu şirkət ötən il müvafiq televizordan 900 min ədədini satışa çıxarıb. Bu il isə tədarükünü 1,5 milyon ədədə qədər artırmalıdır. Xatırladaq ki, “LG Display” şirkəti böyük ekran tədarükçülərin reytinqinə ardıcıl 7 ildən çoxdur başçılıq edir. “Sony” və “Panasonic” də həmçinin OLED ekranlı televizorların tədarükünü artırır ki, onları da bu şirkətlərə “LG Display” şirkəti çatdıracaq. Gözlənilir ki, “Sony” və “Panasonic” bu il ərzində müvafiq olaraq 300 min və 200 min televizor istehsal edəcək.

2

Avropa İttifaqı ərazisində mobil rouminqin ləğvi barədə qərar iyunun 15-dən etibarən qüvvəyə minib. Bundan sonra hər hansı üzv ölkənin vətəndaşları başqa üzv ölkənin ərazisində əlavə ödəniş etmədən, öz ölkələrində olduğu kimi, mobil xidmətlərdən yararlanacaqlar. “Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha da asanlaşdırır. Rouminq yığımlarına son qoyulması Avropanın əsl uğur hekayəsidir. Bundan belə, Aİ daxilində səyahət edən vətəndaşlar öz mobil cihazları vasitəsilə ölkələrindəki qiymətlərlə danışa, yaza və digər mobil xidmətlərdən yararlana biləcəklər. Rouminq ödənişinin ləğvi Aİ-nin ən böyük və hissedilən uğurlarından biridir”, – deyə Avropa Komissiyasının bəyanatında bildirilir. Xatırladaq ki, Avropa Parlamenti aprelin 6-da pulsuz rouminqlə bağlı qərar qəbul edib. Aprelin 25-də Aİ Şurası tərəfindən bu qərar təsdiqlənib.

3

Populyar “Geekbench” bençmarkında “Samsung” şirkətinin yeni smartfonu görüntülənib. Cihaz bu ay bazara çıxarılacaq. Məlumatda deyilir ki, “Galaxy S8” smartfonu1,9 GHs tezliyi ilə “Snapdragon 835” prosessorunun bazasında olacaq. Əməliyyat yaddaşının həcmi 4 GB olacağı bildirilərkən,”Android 7.0 Nougat” əməliyyat sistemində işləyəcəyi də qeyd olunub. Yeni smartfonsəthi ekrana malik olacaq. “Galaxy S8” smartfonuzərbələrə dözümlü vəgüclü korpusa malik olacaq. Ehtimal olunur ki, “Galaxy S8 Active” analoji olaraq ötən il olduğu kimi, AT&T mobil rabitə operatorunun eksklüziv modeli olacaq.

4

Vatsap mesajlarına nəzarət ediləcək. Almaniya Daxili İşlər Nazirliyinin iclasında terrorla mübarizə aparmaq üçün belə bir qərar qəbul edilib. Belə ki, Almaniya Təhlükəsizlik qurumları telefon danışıqları və qısa mesajlar kimi, Vatsap yazışmalarını da izləyəcək. Yığıncaqda qəbul edilib ki, cinayətlərin təqimi mövzusunda qanuni boşluq olması qəbul edilə bilməz. Almaniya daxili işlər naziri Tomas de Maizere təhlükəsizliyin texniki və hüquqi baxımdan təmin edilməsinin vacibliyinə diqqət çəkib. Lakin bu tənzimləməyə qarşı çıxanlar da az deyil. Onlar təhlükəsizliyin təminatı üçün Vatsap mesajlarının izlənməsini mənazsız hesab edir.

5

“Microsoft” şirkəti “E3” sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında yeni “Xbox One X” oyun konsolunu təqdim edib. Şirkətin nümayəndələrinin sözlərinə görə, yeni oyun konsolu ona qurulmuş 6 teraflops gücündə qrafik kart sayəsində “4K”  təsvir ölçülü və 60 fps kadrlar tezliyində olan oyunları işə salmağa imkan verəcək. Müqayisə üçün, “PS4 Pro” oyun konsolunun məhsuldarlığı 4,2 teraflops təşkil edir. Bundan başqa, “Xbox One X” konsolu “Microsoft”un ən yığcam oyun konsoludur. Sözügedən konsol “Xbox One S” üçün əlçatan bütün aksessuarları dəstəkləyir. 7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq “Xbox One X” oyun konsolunun qiyməti 500 dollar təşkil edəcək.

“Google” şirkəti “Android” sistemi üçün “reCAPTCHA API” utilitini təqdim edib. Alətlər mobil tətbiqlərin spam və botlardan müdafiəsi üçün qabaqcıl təhlil sxemlərindən istifadə edir. Utilit qurğunun insan tərəfindən idarə edilməsinə şübhə etdikdə ekrana təhlükəsizlik kodu çıxardır. Xatırladaq ki, “reCAPTCHA” təxminən 10 il bundan əvvəl hazırlanıb və o vaxtdan etibarən 1 milyarddan çox nəfər sözügedən texnologiyadan istifadə edib. “Google” şirkəti hesab edir ki, indi süni intellekt şəkillərdəki aydın olmayan mətni 99,8% dəqiqliklə “tanıyır”, buna görə yeni təhlil alqoritmlərindən istifadəyə başlanılıb. “Google” şirkətinin rəsmiləri əmindirlər ki, yeni “API” sistemin təhlükəsizliyini daha da artırır, həm də istifadəçi təcrübəsini yaxşılaşdırır.

Robotun modulyar konsepsiyası istənilən formalı funksional obyektlər yaratmağa imkan verəcək. Oriqami sənəti alimləri mədəmizə daxil olan və ya peykləri temperatur dəyişikliyindən qoruyan “ağıllı” maşın və texnologiyalar yaratmağa həvəsləndirib. İndi isə istehsalçılar tərəfindən təqdim edilmiş kiçik üçbucaqlı robotlar istənilən formalı və ölçülü konstruksiya halında birləşə bilirlər. “Mori” adlandırılmış robotun çəkisi 26 qr, eni 70 mm, qalınlığı isə 6 mm-dir. Bu kiçikölçülü robotun daxilində ötürücü, datçik və daxili kontroller mövcuddur. Ancaq robot xarici enerji mənbəyi vasitəsilə şarj toplayır. Alimlərin sözlərinə görə, yeni robotlar kosmos üçün yenidən konfiqurasiya edilən robotlar üçün əsas ola, həmçinin avtomatlaşdırılmış protezlərin yaradılmasında istifadə edilə bilərlər.

Bağlantıya daxil olaraq videonu izlə

İndi hətta ən ucuz smartfon yaxşı işıqlandırma şəraitində keyfiyyətli şəkillər çəkməyə və ya videozənglər etməyə imkan verən iki kamera ilə təchiz edilib. Amma əvvəllər insanlar həyatın ən vacib anlarını yadda saxlamaq üçün özləri ilə böyük ölçülü kamera və fotoaparatlar daşımalı idilər. Amma 20 il bundan əvvəl 11 iyun 1997-ci ildə Filipp Kan Kaliforniya ştatında yerləşən Santa-Klara xəstəxanasında ilk mobil şəkli çəkərək öz yaxınları ilə paylaşıb. 1997-ci ildə kamera ilə təchiz edilmiş telefon, mobil internet və “Wi-Fi” texnologiyası mövcud deyildi. Amma Filipp Kan bu şad xəbəri öz yaxınları ilə mümkün qədər tez paylaşmaq istəyirdi. Buna görə o, qızının doğumundan bir neçə ay əvvəl hazırlıqlara başlamışdı və onun həyat yoldaşı bu ideyanı dəstəkləmişdi. Filipp yeni doğulmuş qızının şəklini çəkmək üçün “Motorola StarTAC” mobil telefonunu, “Toshiba” şirkətinin noutbukunu və “Casio QV-10” rəqəmli kamerasını birləşdirib. O, kameranın köməyi ilə 320×240 piksel təsvir ölçüsündə qızının şəklini çəkərək “Motorola StarTAC” telefonunun köməyi ilə həmin şəkli minlərlə elektron poçta göndərməyə imkan verən ev serverinə atıb. Bundan sonra ona buna necə nail olması ilə bağlı suallar verilib.

Bağlantıya daxil olaraq videonu izlə

Ötən ilin dekabrında “Huawei” şirkəti “Apple”dən çox smartfon satıb. Bunu müsahibəsində “Huawei India” şirkətinin rəhbəri Allen Vanq (Allen Wang) bildirib. Bundan öncə “Huawei” dəfələrlə bildirib ki, bir neçə il ərzində dünya üzrə smartfon tədarükündə “Apple”i qabaqlamaq niyyətindədir. Çox güman ki, bu ilk işartıdır. A.Vanqın sözlərinə görə, ötən ilin dekabrında “Huawei” dünya smartfon bazarının 13,2 faizini tutub, “Apple”ə isə bu bazarın 12 faizi məxsusdur. Anlaşılmayan odur ki, hansı səbəbdən bu böyük qələbə barədə ancaq indi elan edirlər. Ancaq yenə də “Huawei”in informasiyası heç də dəqiq olmaya bilər. “Huawei” rəsmisi əlavə edib ki, şirkət dünyanın bəzi ölkələrində bu bazarın lideri olan “Samsung” şirkətini qabaqlayıb. Ancaq bu ölkələrin adlarını açıqlamayıb.

6

Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb. “Apple” şirkətinin smartfonun kütləvi istehsalına bir neçə gün əvvəl başlamasına baxmayaraq yeni qurğunun qiyməti uzun müddət gizli saxlanılıb. Bu dəfə isə şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən min dollar təşkil edəcəyi barədə açıqlama veriblər. Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir. Bundan başqa, “iPhone 8”-də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.

7

Pilotsuz uçan aparatlar (dronlar) sənayedə geniş tətbiq edilir, həmçinin yüklərin çatdırılmasında, zavod, ferma və ya qoruqların ərazilərinin monitorinqində istifadə olunur. Ancaq pilotsuz təyyarələr ucqar yerlərdə tamamilə faydasızdır, çünki dronların uçuş uzaqlığı məhduddur. İndi “SkyX” şirkəti enerji doldurmaq üçün ilk “xStation”  birləşdirici stansiyasını qurub və bu, dronların uçuş uzaqlığını artırmağa kömək edəcək. Sistem “SkyOne” adlı avtonom işləyən pilotsuz hibrid təyyarələrlə işləmək üçün nəzərdə tutulub. Hazırda “SkyOne” 100 kilometr məsafəni qət edə bilir. Ancaq bəzi obyektlərin, məsələn, qaz kəmərlərinin monitorinqi üçün bu uçuş uzaqlığı kifayət deyil, çünki dron yenidən enerji doldurmaq üçün geri qayıtmalıdır. Amma dronları müvafiq vaxtda enerji ilə doldurmaq üçün “xStation” enerjidoldurma stansiyasını marşrut xəttinin müəyyən nöqtələrində qurmaq olar. “SkyOne” pilotsuz təyyarəsi enerjisinin çox hissəsini itirdikdə alqoritm  yaxınlıqda yerləşən stansiyanı tapmağa kömək edir. “xStations” enerjidoldurma stansiyalarının marşrut xətti boyunca yerləşdirilməsi “SkyOne” pilotsuz təyyarələrinin uçuş uzaqlığını artırmağa imkan verəcək. Şirkət uğurlu sınaqlardan sonra cari ilin iyulunda ilk “xStations” stansiyasını quraşdırmağı planlaşdırır.

8

Çinin “Huawei” şirkəti yeni “Honor 9” smartfonunu təqdim edib. Smartfon ikili kameraya və 6 Gb operativ yaddaşa malikdir. Səkkiznüvəli “Kirin 960” prosessoru ilə təchiz olunub. Ekran 5,15 ölçülüdür (1920×1080 piksel), batareyanın həcmi 3200-dür. Əsas kamera 12 və 20 meqapiksellik iki moduldan ibarətdir və ikili optik zum funksiyasına malikdir. Ön kamera 8 meqapikseldir. Qiymət 440 dollardan başlayır.

9

“Microfoft” korporasiyası Los-Anceles şəhərində keçirilən “E3 2017” sərgisində 42 yeni videooyun təqdim edib. Təqdim edilən oyunların əsas hissəsi “Xbox One” oyun avadanlığı üçün tərtib edilib. “Forza Motorsport 7”, “Assassin’s Creed Origins”, “Metro Exodus”, “Middle Earth: Shadow of War”, “Life is Strange: Before the Storm” və digərləri bunlar arasında ən mühüm təqdimatlar olub. Sərgi iştirakçılarını yeni taytlar, həmçinin oyunsevərlər tərəfindən sevilən yeniliklər xeyli təəccübləndirib. Bundan başqa, korporasiyanın aparıcı tərtibatçılarından biri olan Fil Spenser bildirib ki, şirkət oyunların ilk “Xbox” oyun avadanlığı ilə uyğunlaşdırma proqramını işə salmaq niyyətindədir. Təklif edilir ki, oyunçular artıq bu ilin sonuna qədər retro oyunlar da oynaya biləcəklər.

10

“Google” şirkətinin rəsmi bloqunda bütün işlək smartfonların texniki dəstək qrafiki dərc edilib. “Pixel” və “Nexus” istehsal xəttindən olan smartfonların buraxılışının dayandırılması ilə birlikdə onlara texniki dəstəyin göstərilməsi də sona yetəcək. Hazırkı qabaqcıl “Google Pixel” və “Google Pixel XL” modellərinin proqram təminatı 2018-ci ilin oktyabrınadək yenilənəcək. Həmçinin, onlar üçün təhlükəsizlik yeniləmələri 2019-cu ilin oktyabrınadək buraxılacaq. Qurğuların texniki dəstəyi də həmin dövrdə başa çatacaq. Şirkətin əvvəlki qabaqcıl modelləri – “Google Nexus 6P” və “Google Nexus 5X” üçün hərtərəfli dəstək 2018-ci ilin sentyabrında dayandırılacaq. “Google Nexus 6” və “Google Nexus 9” modelləri üçün yeniləmələrin və dəstəyin 2017-ci ilin oktyabrınadək həyata keçirilməsi nəzərdə tutulur.

11

Yaponiyanın taksimotor şirkətlərindən biri Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı dövlət yollarında özüidarəolunan avtomobillərin tətbiqi üçün müvafiq texnologiyalar hazırlayan şirkətlə əməkdaşlıq edir. Əsasən Tokio şəhərini əhatə edən “Hinomaru Kotsu” taksimotor şirkəti bunu iyunun 15-də “ZMP” şirkəti ilə birlikdə keçirilən mətbuat konfransında bəyan edib. Hər iki şirkət 2020-ci ildə sürücüsüz taksilərdən istifadəni qarşıya əsas vəzifə kimi qoyduqlarını bildirib.

12

“Cisco” şirkəti internet infrastrukturunun və internetə qoşulan qurğular bazarının inkişaf proqnozuna həsr edilən “Visual Networking Index (VNI) Complete Forecast” hesabatını dərc edib. Hesabata görə, 2021-ci ilədək internet istifadəçilərinin sayının 4,6 milyarda çatacağı gözlənilir. 2016-cı ildə bu göstərici 3,3 milyarda bərabər olub. Beləliklə, internetə çıxışa malik Yer kürəsi əhalisinin payı 44 faizdən 58 faizədək artacaq. Ekspertlərin fikrincə, 5 il ərzində genişzolaqlı kanal vasitəsilə internetə çıxış üzrə orta sürət 27,5 Mbit/saniyədən 53,0 Mbit/saniyəyədək (təxminən 2 dəfə) yüksələcək. Hesabat dövründə internet trafikinin illik həcminin 3,3 zettabayta (1 zettabayt 1021 bayta bərabərdir) çatacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə bu göstərici 1,2 zettabayt təşkil edib. Bundan başqa, bütün trafikin təxminən 80 faizi (ötən il 67 faiz) bu və ya digər şəkildə videomaterialların payına düşəcək. Həmçinin qeyd olunur ki, 2021-ci ildə “Əşyalar interneti” texnologiyalarının işini dəstəkləyən kompüterlərarası bağlantıların (M2M) 27,1 milyard şəbəkə qurğu və qoşulmalarda payı yarıdan çox olacaq. Bildirilir ki, 5 il sonra internet trafikinin 53 faizini “Wi-Fi” bağlantıları, daha 20 faizini mobil şəbəkələr vasitəsilə qoşulmalar generasiya edəcək. Stasionar rabitənin məlumatlar axınında payı 27 faiz təşkil edəcək. Müqayisə üçün: ötən il bu göstəricilər müvafiq olaraq 52, 10 və 38 faizə bərabər olub.

13

“Kasperski Laboratoriyası”nın əməkdaşları bildirir ki, yeni “Trojan.AndroidOS.Dvmap” virusu “Google Play” onlayn mağazası əlavəsi vasitəsilə smartfonlara daxil olur. Hazırda 50 min ədədə yaxın cihaz bu virusa yoluxub. 2017-ci ilin mart ayının sonunda tərtibatçılar mağazaya “təmiz” əlavəni yükləyib, sonradan isə onun üçün bir sıra yenilənmələr aparıblar. Ancaq onlar mağazada çox qalmayıblar və mütəxəssislər həmin gün bu əlavəni oradan siliblər. Virusun işləmə prinsipi olduqca sadədir: smartfona daxil olaraq root-hüquqları ələ keçirməyə çalışır ki, bu da cihaz sahibinin xəbəri olmadan istənilən əlavələri yükləməyə imkan verirvə bütün inzibati hüquqları təqdim edir. Əlavə olaraq, “troyan” zərərverici kodu libdmv.so  və ya libandroid_runtime.so. sistem kitabxanalarına daxil edir. Mütəxəssislərin sözlərinə görə, “Trojan.AndroidOS.Dvmap.” virusu ilk yoluxma kodu olan virusdur.

14

İyunun 5-9-da ABŞ-da keçirilən “WWDC 2017” konfransı yenilənmiş “MacBook” və “MacBook Pro” noutbuklarının təqdimatı ilə yadda qalıb. “iFixit” resursunun nümayəndələri yeni qurğuları daha ətraflı öyrənmək qərarına gəliblər. Bu məqsədlə 13 düymlü “OLED” ekranlı “MacBook Pro” və 12 düymlü adi “MacBook” noutbuklarının müqayisəsi aparılıb. Yoxlamadan sonra məlum olub ki, hər iki qurğu təmirə yararlılıq göstəricisinə görə minimal 10 baldan 1 bal toplayıb. Lakin bu təəccüb doğurmayıb, çünki ötən il olduğu kimi, “Apple” şirkəti istifadəçilərə təmir olunmayan noutbuklar təqdim edib. Qurğuların daxilinə nəzər salan mütəxəssislər korpusa yapışdırılmış batareya və onun komponentlərini, eləcə də ana plataya bərkidilən operativ yaddaş, prosessor və sərt disk (HDD) aşkarlayıblar. Onların hamısı nasazlıq yaranacağı halda komponentlərin dəyişdirilməsini çətinləşdirəcək. Müsbət amil kimi yalnız ötənilki “MacBook Pro” nümunəsində quraşdırılan “kəpənək” tipli yeni klaviatura qeyd olunur.

15

Kibercinayətkarlar “Trojan.Zusy” zərərli proqram təminatının yoluxdurulması üçün yeni metod icad ediblər. Onlar virusun yayılması üçün “PowerPoint” fayllarından və “Mouseover event” proqramından istifadə edirlər. Yoluxdurulmuş “PowerPoint-təqdimat” proqramı “Purchase Order #”, “Invoice” və ya “Confirmation” mövzusunda spam məktublar vasitəsilə yayılır. Əlavə edilən fayl açıldıqdan sonra ekranda hiperlink şəklində təsvir edilən “Loading… Please Wait” (Yüklənilir… Zəhmət olmasa, gözləyin) sətirləri görünür. Burada isə xüsusilə diqqətli olmaq tələb olunur. Məlumata görə, “Trojan Zusy” virusuna yoluxmaq üçün düyməni həmin istinadın üstünə basmaq vacib deyil. İstinad onun üzərinə “maus” kursoru yönəldikdə işə düşür (PowerShell kodunu yerinə yetirməyə çalışır). Bu zaman istifadəçinin “Protected View” funksiyası işlək vəziyyətdə olduqda sistem onu xəbərdar edərək hücumun qarşısını almağa çalışır. Lakin “Protected View” söndürülmüş vəziyyətdə olduqda və ya sadəcə işləmədikdə zərərli “PowerShell-ssenari” aktivləşir və bu da kompüterə “ccn.nl” (IP: 46.21.169.110) domenli “c.php” faylının yüklənməsi ilə nəticələnir. “Trojan Zusy” istifadəçi kompüterinə daxil olduqdan sonra qurbanın bank məlumatları haqqında bütün məlumatları üçüncü şəxsə ötürə bilər. Hazırda spam məktublarının yayılmasının qarşısı alınıb. Lakin zərərli proqram təminatının yayılması üçün belə üsulların mövcudluğu ilə əlaqədar olaraq istifadəçilərə həmişə ehtiyatlı olmaq, ayıq-sayıqlığı heç vaxt əldən verməmək tövsiyə edilir.

16

Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni 7 düymlü smartfonun yaradılacağını bəyan edərək prioritetin qurğunun bir əldə rahat tutulması olacağını qeyd edib. On il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür. “Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb. Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib. Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir. Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən

17

Yeni “Galaxy S8” sahibləri bildiriblər ki, gözlərin skan edilməsi üçün cihaz insan görməsi üçün təhlükəli ola bilər. Bəzi istifadəçilər qeyd ediblər ki, iki aylıq istifadədən sonra rahatsızlıq və qıcıqlanma hiss ediblər. Bundan əvvəl “Note 7” sahibləri şikayətlənirdilər ki, mobil cihaz partlayır və ya onların əllərində yanır. “Galaxy S8” sahibləri isə smartfonun unikal dizaynını və yeni funksiyalarını qiymətləndiriblər. Amma istifadə etdikləri ilk ayda onun mənfi tərəflərini artıq hiss etməyə başlayıblar. Bir çoxları gözlərindəki ağrılardan və göz bəbəyinin skan edilməsindən sonra baş gicəllənməsindən şikayət ediblər. “Samsung” şirkətinin rəsmiləri yeni smartfonun istifadəçilərinin şikayətlərinə heç bir şərh vermirlər. Qeyd edilir ki, texnologiya gözlər üçün tam təhlükəsizdir. Oftalmoloq mütəxəssislər isə hesab edirlər ki, gözlərin infraqırmızı şüalara tez-tez məruz qalması kataraktın inkişaf etməsinə səbəb ola bilər.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register