Venesiya komisiyası Gürcüstanın konstitusiya layihəsinin rekomendasiyalarını qəbul etdi
Venesiya komisiyası Gürcüstanın konstitusiya layihəsi ilə bağlı rekomendasiyalar qəbul etdi.
Venesiya komisiyası Gürcüstanın konstitusiya layihəsi ilə bağlı rekomendasiyalar qəbul etdi. Bu haqda “interpresnews” Prezidentin parlament katibəsi Ana Dolidzenin elanına əsasən məlumat yayır. Ana Dolidzenin qeyd etdiyinə görə, venesiya komisiyası tərəfindən keçən həftə hazırlanan yekun sənəddə yeniliklər daxil edilib.
“Yekun sənədə yeni təsfirlər artırılacaq- yekun sənəddə, sənədlərin birpartiyalı olmaması üçün konstitusiyanın imkan olduğu qədər daha geniş konsesusla qəbul edilməlidir. Bundan əlavə ən ciddi rekomendasiya parlamentdə aşağı palatayı balanslaşdıracaq yüxarı palatanın yaradılması ilə bağlıdı. Bundan əlavə yaxşı olardı ki, Ali məhkəmənin hakimləri bundan sonra parlament təstiqləməsin, yəni Idliyyə Şurası prezidentə təqdim etsin və parlament bu prosesdə iştirak etməsin”,- deyə Ana Dolidze qeyd edir. Onun dediyinə görə sənədlərin yekun versiyası 19 iyun tarixində dərc ediləcək.
Mənbə. interpresnews.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments