Rustavidə kişi beşinci mərtəbədən düşüb

Rustavidə Mesxişvili küçəsində, beşinci mərtəbədən 65 yaşlı kişi düşüb. Kişi birinci mərtəbədəki kommersial obyektin dam örtüyünə yıxılıb. Təcili yardım ekipajı onu klinikaya yerləşdirib.
Həkimlərin məlumatına görə kişi həyati təhlükəni keçib. Onun vəziyyəti qənaətbəxşdir.
DİN-in məlumatına görə cinayət məcəlləsinin 115-ci maddəsinə əsasən istintaq başlayıb. Maddə intihara həddinə qədər aparmanı nəzərdə tutur.
Mənbə: kvira.ge
0 Comments