Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Feysbuk sosial şəbəkəsi terrorçuluqla mübarizə aparmaq üçün süni intellektdən istifadə etmək niyyətindədir. Süni intellekt terrora dəstək məzmunlu paylaşımların axtarışı və yayımlanmadan silinməsi vəzifəsini həyata keçirəcək. Bu sistem sosial şəbəkələrə uşaq pornoqrafiyasının yol tapmasının qarşısını alan sistemlə anoloji prinsiplər çərçivəsində fəaliyyət göstərəcək. Qeyd edilir ki, süni intelllekt sistemləri bütün qayda pozuntularını təyin edə bilməyəcəyi üçün sosial şəbəkələrə insan nəzarətinin olması da zəruridir.

1

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan “Valkiriya” (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər. Yeni robotun sınaq videosu maşının idarəetmə alqoritmini yaratmış “IHMC Robotics” institutunun “YouTube” kanalına yerləşdirilib. “Valkiriya” baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir. “Valkiriya”, gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.

4 il sonra əşyaların internetinə 1,4 trilyon dollar xərclənəcək. İDC analitik şirkəti əşyaların interneti (İOT) ilə bağlı növbəti proqnozunu açıqlayıb. Bu il bazar 800 mlrd dollar, yəni 16,7% artacaq. 2021-ci ilə İOT xərcləri 1,4 trilyon dollara çatacaq. İstehsalçı şirkətlər İOT tətbiqinə 105 milyard dollar sərf edəcəklər. Şəbəkədə elektrik, qaz və su təchizatına dair xərclər 56 milyard dollar səviyyəsində gözlənilir. Nəqliyyatda yüklərin izlənməsi sisteminə 50 milyard dollar, anbar uçotuna 45 milyard dollar vəsait ayrılacaq.

2

“Amazon” ərzaq mağazaları şəbəkəsini satın aldı. “Amazon” online riteyleri “Whole Foods Market” ərzaq mağazaları şəbəkəsinin satın alınmasına dair razılıq əldə edib. “Amazon”  “Whole Foods Market”i əldə etmək üçün 13.7 milyar dollar ödəyib. Satın alma razılaşmasına əsasən “Whole Foods”  marka adı və tədarükçiləri ilə yoluna davam edəcək. Satın almaya dair əməliyyatların 2017-ci ilin ikinci rübündə tamamlanacağı proqnozlaşdırılır.1978-ci ildə yaradılan “Whole Foods”un ABŞ, Kanada və Böyük Britaniyada 460 mağazası fəaliyyət göstərir. Şirkətin 2016-cı il üzrə satışları təxminən 16 milyard dollar təşkil edib. Qeyd edək ki,  “Whole Foods” son dövrlər bazardakı rəqibi “Kroger”ə uduzurdu. Milyonlarla müştərisini itirməklə bərabər, bu ilin əvvəlində 9 mağazasını bağlamışdı.

3

Son şayiələrə görə, “Asustek Computer” şirkəti yenidənqurma prosesi çərçivəsində ştatının iri ixtisarına başlayıb. “Asustek” özü hələlik bunu etiraf etmir ki, yenidənqurmadan sonra şirkətin ştatı xeyli azalacaq. Ancaq müşahidəçilər əmindirlər ki, bu qaçılmaz prosesdir, çünki şirkət istehsal etdiyi məhsulların sayını azaldır. Bunun üçün də onun əvvəl olduğu kimi, belə böyük sayda işçiləri olmayacaq. Belə ki, şirkət “ağıllı” saatlar biznesindən çıxır. Həmçinin masaüstü kompüterlərin istehsalını dayandırır. İkinci rüb şirkətin maliyyə göstəriciləri planında ən pis rüb olmalı, gəlir və mənfəəti aşağı düşməlidir. Ancaq mütəxəssislər hesab edirlər ki, artıq üçüncü rübdə şirkətin gəlirləri ən azı 20 faiz artacaq. Bu da noutbuklar və yeni “ZenFone 4” smartfonları hesabına baş tutacaq.

4

Artıq “Facebook” sosial şəbəkəsinin istifadəçiləri şərh və statuslarına sərbəst olaraq Gif faylları da əlavə edə biləcəklər. Bu funksiya bu gündən işə salınıb. Animasiyalı görüntünün göndərilməsi üçün düymə smaylların seçimi ilə yanbayan yerləşir. Ancaq bununla bağlı müəyyən məhdudiyyətlər də mövcuddur. Belə ki, istifadəçi sosial şəbəkəyə öz şəkil və görüntülərini yükləyə və yaxud URS ünvanı vasitəsilə şəkillər əlavə edə bilməyəcək. Qeyd etmək lazımdır ki, bu gün əlçatan olan və istifadəsi mümkün olan animasiyalı şəkillər “Giphy”, “Tenor” və “Disney” kimi tərəfdaş xidmətlər götürülür.

5

Rusiya “Sberbank”ı ilk dəfə olaraq pilotsuz uçuş aparatı vasitəsilə təyinat məntəqəsinə nəğd pul çatdırıb. Bankın İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis bunu vacib gün adlandırıb: “Bu gün bizim xüsusi dronumuz pilot layihə çərçivəsində kassa mərkəzindən inkassator avtomobilinə nəğd pulu uğurlu şəkildə çatdırdı. Hələlik çatdırılma 10 km-ə yaxın məsafəyə baş tutub”. Çatdırılan pulun miqdarı açıqlanmayıb. Dron saatda 180 km sürətlə hərəkət edir. L. Xasis bankın sınaqları davam etdirəcəyini söyləyib. Qeyd edək ki, may ayında “Sberbank”ın rəhbəri German Qref pilotsuz uçuş aparatları vasitəsilə nəğd pulun çatdırılmasını test etdiklərini bildirib. G. Qref deyib ki, əgər pul konteyneri təyinat yerinə çatmasa (oğurlanarsa və ya itərsə), xüsusi proqram vasitəsilə boya buraxılır və pullar adi kağıza çevrilir. Dronun bu funksiyası məsafədən idarə olunur.

6

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “J Series” istehsal xəttinə məxsus “Galaxy J7 Max” smartfonunu təqdim edib. Yeni smartfon 1920×1080 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekran, 2,3 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların 300 Mbit/s sürətində ötürülməsini təmin edir) modemi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib. Bundan əlavə, 128 giqabaytadək tutuma malik “microSD” daşıyıcısının qoşulması mümkündür. İyunun 20-də satışa çıxarılacaq “Samsung Galaxy J7 Max” smartfonu qara və qızılı rəngli korpuslarda əlçatan olacaq.

7

Hindistanda “iPhone” smartfonlarının istehsalı ilə məşğul olan Tayvanın “Wistron” şirkətinin baş direktoru Robert Hvanq “Apple” şirkətinin yeni smartfonu haqda bəzi şayiələri təsdiq edib. Bu haqda “Nikkei Asian Review” nəşri yazır. R.Hvanq yeni “iPhone 8” smartfonunun sukeçirməz korpusla təchiz ediləcəyini deyib. Bundan başqa, o, cihazın simsiz enerjidoldurma sistemi ilə təchiz edilməsi ilə bağlı yayılmış şayiələri təsdiqləyib. “iPhone smartfonunun quraşdırma prosesi əvvəlki nəsillərlə müqayisədə çox dəyişməyib, hərçənd sukeçirməzlik və simsiz enerjidoldurma kimi yeni funksiyalar bir qədər başqa test tələb edir”, – deyə “Wistron” şirkətinin direktoru bildirib. Yeni “iPhone” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında nümayiş etdiriləcək.

8

“Microsoft” şirkəti “Windows 10 S” sistemi ilə işləyən “Surface Laptop” noutbukunu təqdim edib. Bu noutbuka “Windows 10 Pro” sistemini pulsuz quraşdırmaq mümkündür. “Intel Core i5” və ya “i7” prosessoru ilə təchiz edilmiş versiya əlçatandır. Əməli yaddaşın tutumu 16 giqabayt, daxili yaddaş isə 512 giqabaytdır. Ekranın ölçüsü 13,5 düymdür. “USB 3.0”, “Mini DisplayPort” və standart qulaqcıqlar üçün konnektor noutbukun sol tərəfində yerləşir. “SD” kart və “USB-C” üçün slot mövcud deyil. Noutbuk qızılı, gümüşü, göy və tünd qırmızı rənglərdə əlçatandır. Çəkisi 1,25 kiloqramdır. Beləliklə, 13 düymlük “MacBook Air”dən yüngül və daha nazikdir. “Surface Laptop” noutbuku 2256×1504 təsvir ölçülü “PixelSense” adlı sensor ekranla təchiz edilib. Ekran “Gorilla Glass 3” adlı qoruyucu şüşə ilə qorunur. Kompüterin çərçivəsi çox nazikdir. Noutbukun korpusu alüminiumdan hazırlanıb və klaviaturanın ətrafındakı səth xüsusi materialdan işlənib. “Windows 10 S” əməliyyat sistemi yalnız “Windows Store” mağazasındakı proqramları dəstəkləyir.

9

Beyin əməliyyatı son dərəcə böyük həssaslıq tələb edir və əməliyyat zamanı ən kiçik səhv xəstənin həyatına həlledici təsir göstərə bilər. Bəzən dünyanın ən bacarıqlı mütəxəssislərinin həyata keçirdiyi əməliyyat zamanı da həmin səhvlərdən sığortalanmaq mümkün olmur. ABŞ-ın Yuta universitetinin bir qrup araşdırmaçı alimi həmin səhvləri minimuma endirməyə çalışırlar. Qrupun hazırladığı robot mürəkkəb proseduru tamamlamaq üçün lazım olan müddəti əlli dəfə azaltmağa nail olub. Robotun köməyi ilə kəlləni açmaq üçün lazım olan müddəti 2 saatdan 2,5 dəqiqəyə endirilib. Bu yaxınlarda robotun köməyi ilə mürəkkəb əməliyyatların ilk sübutu həyata keçirilib. Kompüter tomoqrafiyasından əldə edilən göstəricilər robotun sisteminə qoşularaq kəllə sümüyünün həssas nöqtələri müəyyən olunandan sonra robot uzaqdan prosesi həyata keçirib. Əməliyyat müddətinin qısaldılması daha az xərc çəkilməsi və xəstənin anesteziya təsiri altında daha az qalmasına səbəb olub. Robot texnikası və avtomatika həkimlərin əməliyyat aparmaq formasını tədricən dəyişir. Xəstələrdən bəziləri onların üzərində belə üsulla əməliyyat aparılmasına tərəddüd etsə də, robotlar cərrahi əməliyyatları daha həssas şəkildə həyata keçirirlər.

10

“Fujitsu” şirkəti biometrik autentifikasiya üçün “PalmSecure ID Login” sistemini təqdim edib. “Fujitsu” korporasiyası yeni biometrik autentifikasiya sistemini təqdim edib. Barmaq izi və gözün torlu qişasının skaneri ilə müqayisədə yeni innovativ metod fərdi məlumatları kibertəhdidlərdən daha yaxşı mühafizə edəcək. “PalmSecure ID” adlı yeni sistem istifadəçini ovucdakı vena damarının şəklinə görə müəyyənləşdirir. Yeniliyin inteqrasiyası “Microsoft Active Directory” kataloqlar xidməti vasitəsilə həyata keçirilir və “Windows” əməliyyat sistemində əlçatandır. Kompüterdə sistemi işə salmaq və ya daxili sistemə baxış üçün autentifikasiyadan keçmək üçün “PalmSecure ID” istifadəçisi ovcunu kontaktsız skanerin üzərinə qoymalıdır. Məlum olub ki, artıq “Fujitsu” şirkətinin müasir planşet və noutbuk modelləri yeni biometrik autentifikasiya sistemi ilə təchiz edilib. “Microsoft Active Directory” sayəsində istifadəçilər korporativ şəbəkəyə qoşulmuş istənilən qurğuda öz hesabına daxil ola bilərlər. Məhz “PalmSecure” xidməti bütün idarəetməni mərkəzləşdirir və fərdi məlumatları saxlayır. Yeni sistemin dövlət təşkilatları, tibb məntəqələri, banklar və aeroportlarda aktiv tətbiqi planlaşdırılıb. Texnologiya real vaxt rejimində işləmək, autentifikasiya zamanı insanın qanının hərəkətini yoxlamaq və saxtakarlığa qarşı mühafizəni təmin etmək bacarığına malikdir.

11

“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır. 1,9 qiqahers takt tezlikli “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək. Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb. Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcəklər.

12

“Lenovo” şirkəti tərəfindən hazırlanmış “Moto E4” və “E4 Plus” smartfonları rəsmi təqdim edilib. “Moto E4 Plus” modeli 5000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. İstehsalçının sözlərinə görə, smartfon adi rejimdə iki gün ərzində avtonom işləyir. Bundan başqa, telefon 1280×720 nöqtə təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Əməli yaddaşın tutumu 3 QB, daxili yaddaşın tutumu isə 16 və ya 32 QB təşkil edir. Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kamerada isə 5 meqapikseldir, hər iki kamerada “LED” işıqlandırıcı mövcuddur. “Moto E4” modeli 5 düymlük “HD” təsvir ölçülü ekran, metal korpus və 2800 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Smartfon 8 meqapiksellik əsas kamera, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737” prosessoru, 2 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Hər iki model metal korpusa malikdir, iki SİM kart, barmaq izi skanerini dəstəkləyir və “Android 7.1.1 Nougat ƏS” mobil sisteminin idarəetməsi altında işləyir. 2017-ci ilin iyulunda “Moto E4” və “Moto E4 Plus” modellərinin satışına başlanılacaq. Smartfonların qiyməti müvafiq olaraq 129 və 179 dollardır.

13

“Huawei” şirkəti “Honor Band A2” fitnes trekerini təqdim edib. Sözügedən cihazın əsas özəlliyi orqanik işıq diodları (OLED) texnologiyası ilə hazırlanmış ekran və ürək ritmini ölçən datçikdir. Daşınan qurğu addımların sayını, qət edilmiş məsafəni və sərf edilmiş kalorini hesablamaq, həmçinin yuxunun müddətini və keyfiyyətini təhlil etmək qabiliyyətinə malikdir. Həmçinin istifadəçi uzun müddət aktiv olmadıqda cihaz ona xatırlatma edir. Bundan başqa, cihazda ürək yığılmaları tezliyinin işindəki dəyişiklikləri daima izləyən sensor mövcuddur. İnformasiya 0,96 düymlük sensor “OLED” ekranda və ya smartfonun ekranında göstərilir. İstehsalçıların iddiasına görə, 95 milliamper/saat tutumunda akkumulyator batareyası aktiv rejimdə 9 günlük və gözləmə rejimində 18 günlük iş üçün kifayətdir. Sözügedən daşınan qurğu “Bluetooth 4.2” simsiz texnologiyasının köməyi ilə “Android 4.4” və “iOS 8.0” (həmçinin sonrakı versiyalar ) platformalarında işləyən mobil qurğulara qoşulur, “IP67” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. 9 iyun 2017-ci il tarixində satışa çıxarılacaq “Honor Band A2” qurğusunun qiyməti təxminən 30 dollardır.

14

“IDC” analitiklərinin hesabatına əsasən, 2016-2021-ci illərdə dünyada fərdi kompüter (FK) qurğularının (kompüter və bütün növ planşetlər) satış həcmi 435-dən 405,2 milyonadək azalacaq. Bununla belə, 2019-cu ildə FK bazarında yenidən artım qeydə alınacaq. Hərçənd ki, 2017-ci ilin birinci rübündə FK bazarında 2012-ci ildən bəri ilk dəfə kiçik artım qeydə alınıb, ancaq analitiklər əmindirlər ki, tezliklə FK-nin satış həcmi yenidən azalmağa başlayacaq. Bu halda noutbuk  seqmentində korporativ bazarda tələbatın yüksəlməsi sayəsində artım davam edəcək. axPlanşetlər seqmentində ümumi mənzərə əvvəlki kimidir. Ənənəvi planşetlərin satış həcmi azalır, halbuki klaviaturaya malik planşetlərə tələbat artır. Lakin 2016-cı ildə klaviaturaya malik planşetlərin satış həcmi analitiklərin hesab etdiyi qədər yüksək olmayıb, bununla əlaqədar proqnoza yenidən baxmaq zərurəti yaranıb. Planşet bazarının təxminən 50%-nə “Microsoft” və “Apple” şirkətləri nəzarət edirlər, sözügedən şirkətlərin məhsulları yüksək qiymət və buraxılış dövriliyi ilə fərqlənir.

15

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register