İrakli Kobaxidze Prezidenti bir daha Konstitusiya dəyişikliklərini canlı yayımda müzakirə etməyə çağırıb
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Gürcüstan Prezidentini bir daha Konstitusiya dəyişikliklərini canlı yayımda müzakirə etməyə çağırıb.
Kobaxidze ümid edir ki, Prezident bu formatla razılaşacaq.
“Biz Prezidentə bir daha müraciət edə bilərik ki, bu formatda müzakirə ilə razılaşsın və cəmiyyətə Konstitusiya dəyişiklikləri haqqında geniş məlumat verək. Bir daha ümid edirəm ki, Prezident bu formatla razılaşacaq və iştirak etməkdən imtina etməyəcək”, – deyə Kobaxidze bildirib.
O, təəssüflə qeyd edib ki, Prezident ilk təklifdən imtina edib.
Mənbə: interpressnews.ge
0 Comments