Marneulidə kardioloji və kardioxirurqi tibbi aksiya keçirilir

Bugün 19 iyun tarixində Aversi klinikasında tibbi aksiya başladı. Aksiyanı gürcü-türk tibbi klinikası “Batumi beynəlxalq univeristet hospitalı” təşkil edib. Kardioxirurq Mahir Balakişiyevin sözlərinə görə xəstələr kardioloji istiqamətdə müayinədən keçə bilərlər.

“Bu xeyriyyə aksiyasıdır. Kardioloji və kardoxirurqi istiqamətdə təmənnasız olaraq xəstələri müayinə edirik. Gələcəkdə xəstəliklərə uyğun olara nə edəcəklərinə dair məsləhət veririk. Bizim müasir aparaturamı, eləcə də exoskopiya, tomoqrafiya aparatlarımız var. Xarici və yerli peşəkar həkimlərimiz var. Gürcüstanın müxtəlif bölgələrində bu növ aksiyaların keçirilməsi planlaşdırılır. Bu bizim klinikadan kənar keçirdiyimiz ilk aksiyamızdı”.

Aksiya səhər saat 11 də başlayıb və artıq 15 nəfər xəstə müayinədən keçib. Xəstələrdən birinin bizə verdiyi məlumata görə o, artıq yarım saatdır ki, öz sırasını gözləyir.

“Gəlmişəm ki, ürəyimə görə müayinədən keçim. Terapevtin yanına getmişdim orada eşitdim ki, askiya var. Artıq burada yarım saatdır öz sıramı gözləyirəm”.

Xeyriyyə aksiyası 19 iyuda başlayıb  və 20 iyun tarixi də daxil olmaqla davam edəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register