Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən böyük mesajlaşma platforması olan “WhatsApp”ın internetsiz şəraitdə də istifadə edilməsi mümkündür. Əməliyyat hələlik yalnız android əsaslı cihazlar üçün mümkündür. Yəni internetsiz “WhatsApp” istifadəsi “iPhone” istifadəçilərini əhatə etmir. Android cihazlarında internetsiz “WhatsApp”dan istifadə etmək üçün: 1 – Parametrlər – Bağlantılar – Mobil ayarlar, 2 – Access Point – Adlar, 3 – Sağ yuxarıdakı “yüklə” düyməsi, 4 – Ad: WhatsApp, APN: internet, Proxy: 127.0.0.01, Bağlantı nöqtəsi: 8080, 5 – Qeyd ediləndən sonra “Access Point Adları”ndan “WhatsApp”ı seçin. Bu əməliyyatın iOS-da həyata keçirilməməsinin səbəbi ayarlar hissəsinin məhdud olmasından qaynaqlanır. Çünki iOS “proxy” və “port” dəyişməsinə icazə vermir.

1

Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olundu. “TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib. Elektron Xəbər Xidməti “CHIP” resursu yazır ki, il ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz – 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub. İkinci yerdə Çinin daha bir kompüteri – son 3 ildə reytinqə başçılıq edən “Tianhe-2” (göstərici 33,9 petaflops) qərarlaşıb. Üçüncü pillədə İsveçrənin “Piz Daint” (Cray XC50) superkompüteri (nəticə 19,6 petaflops) yer alıb. Həmçinin, ilk beşliyə iki ABŞ kompüteri – 17,6 petaflops göstərici ilə “Titan” (Cray XK7) və 17,2 petaflops nəticəyə malik “Sequoia” (IBM BlueGene/Q) daxildir.

China Fastest Supercomputers

İnsan dərisinin 3D çapı 50 dəfə ucuz başa gələcək. Koreya alimləri insan dərisinin unikal 3D çap metodunu hazırlayıblar. Bu, mövcud olan 3D çap üsullarından 50 dəfə ucuz başa gələcək. ərinin yaradılmasında hibrid printerdən istifadə olunur. O, bioparçalanan polimerdən ibarət membrana malik xüsusi kollagen material yaradır. Yeni material insan dərisinə bənzəyir. Professor Donq-Vu Ço bildirib ki, bu metod üçün 10 dəfə az xammaldan istifadə olunur. Yeni üsulun daha bir üstünlüyü də əldə olunmuş dərinin hüceyrə birləşmələrinin təzyiqi olmadan da yetişməsidir. Bu kimi toxumaların ənənəvi 3D çapı isə onların hüceyrələrin strukturunu köçürməsi üçün mütləq hüceyrələrin tətbiqi ilə müşayiət olunur. Alimlər nümayiş üçün dəri nümunəsi hazırlayıblar. Material 14 gün ərzində stabillik və elastiklik əldə edib. Həmçinin onun üzərində müxtəlif epidermis qatları izlənilib. Yeni metodun bərpaedici cərrahiyyənin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəyi güman edilir. O, həkimlərin işini sadələşdirməklə yanaşı, pasiyentləri ağrılı əməliyyatlardan xilas etməyə imkan verəcək.

3

Google YouTube-da ekstremist video-çarxlara nəzarəti gücləndirəcək. Google şirkəti, korporasiyaya məxsus YouTube hostinqində ekstremist video-çarxların yayılması ilə mübarizəni sərtləşdirəcək. Bu barədə Google-nin iyunun 18-də verdiyi bəyanatında deyilir. Bunun üçün şirkət terror və digər ekstremist mövzulu video-çarxları avtomatik aşkar edən və silən seçənəkləri yeniləyəcək və yaxşılaşdıracaq. Google bu qəbildən olan videoları axtarıb tapan əməkdaşların sayını artırmağa hazırlaşır. Google belə videolara baxan istifadəçilərə həyatını terror ilə bağlamamağa çağıran antiekstremizm məzmunlu keçidlər gönədərəck. Şirkət həmçinin internetdə ekstremist materialların yayılması ilə mübarizə aparan ictimai təşkilatlarla əməkdaşlıq qurmağı vəd edib. “Ekstremistlər və terrorçular təhlükəsizliyimizi təhdid altında qoymurlar, onlar həmçinin bizim dəyərlərimizi, cəmiyyəti açıq və azad edən hər şeyi məhv etmək istəyirlər. Biz buna icazə verməyəcəyik”, – Google-nin press-relizində bildirilir.

4

“PhishLabs” şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən, “Facebook” istifadəçilərinə, həmçinin “Apple iCloud”, “Comcast”, “Craigslist” və “OfferUp” xidmətlərinə hədəflənib. Yeni metod ona əsaslanır ki, mobil brauzerlər ünvan sətrində linki tam göstərmirlər. Hakerlər bundan istifadə edərək URL ünvana defis və altdomenlər əlavə edirlər ki, mobil qurğuda link həqiqi kimi görünsün. Ekspertlərin sözlərinə görə, bu hücum istifadəçilərin diqqətsizliyi halında həyata keçir. “PhishLabs” şirkətinin mütəxəssisi Kreyn Hessold izah edib ki, linklər, əsasən, SMS mesajlar vasitəsilə göndərilir. Bəzi mobil brauzer və messencerlər linkə tam baxmağa imkan verdiyi halda, əksər SMS proqramlarında bu funksiya yoxdur.

5

Avstraliyada dünyada ilk dəfə olaraq kəlmələri ən azı 8 dilə avtomatik tərcümə etməyi bacaran universal cihaz istehsal edilib. Tərcüməçi cihazı tərtib edən isə adi santexnikdir. Süni intellekt əsasında yaradılan cihaz “One2One” adlandırılıb. Qeyd etmək lazımdır ki, cihaz internet və ya “Bluetooth” istifadə etmədən şəxsi tərcümə alqoritmi ilə təchiz edilib. Bu gün tərcüməçi qulaqcıq ingilis, çin, ispan, alman və digər dillərdən sözlər və kəlmələri tərcümə edə bilir. Belə bir qulaqcığın qiyməti isə 180 dollar təşkil edir.

6

“Microsoft” şirkətinin yeni “Surface Laptop” noutbukunu açmaq mümkün deyil. İKT.lent.az-ın “Gizmodo”ya istinadən xəbərinə görə, bunu noutbika zərər yetirilməməsi məqsədilə ediblər. Mütəxəssislər laptopun arxasında vintlərin olmadığını aşkarlayıblar. Bu isə noutbukun içində hansısa cihaz xarab olarsa, onu düzəltməyə imkan verməyəcək. “Surface Laptop”un akkumulyatoru birbaşa korpusa birləşdirildiyindən, onu da əvəz etmək mümkün deyil. Bütün bunlar isə o deməkdir ki, bu noutbuk xarab olduğu halda, təmir etmək mümkün deyil və atmaq lazım gələcək.

7

2019-cu ildə Fransada özüidarəolunun TGV sürət qatarının prototipinin sınaqları başlayacaq. Fransa Milli Dəmiryolu operatoru olan CNCF qarşısına belə məqsəd qoyub. Dövlət şirkəti 2019-cu ildə prototipin testlərinə başlamağı planlaşdırıb. Yeni TGV elektrik qatarı maneələri aşkarlayan datçiklərlə təchiz olunacaq və avtomatik tormozlama edə biləcək. Pilotsuz qatarı kənardan idarə etmək mümkün olsa da, qısamüddətli perspektivdə hər ehtimala qarşı maşinistlər prosesə nəzarət edəcək. Layihə uğurlu alınsa, CNCF dünyada özüidarəolunan sürət qatarı istifadəyə verən ilk qurum olacaq. Pilotsuz qatar yaratmaqda məqsəd hərəkətin sürətini və səfərlərin intensivliyini artırmaqdır. Bu, xüsusən Paris üçün aktualdır. Operator hesab edir ki, avtomatik sistem Paris və Lion arasında səfərlərin sayını 25% artıracaq.

8

Almaniyanın məşhur “Robert Bosch GmbH” şirkəti Drezden şəhərində yeni müəssisə inşa etməyə hazırlaşır. Şirkət pilotsuz avtomobillər üçün mikroçiplər hazırlayacaq yeni müəssisənin tikintisinə 1 milyard avro yatırım qoyacaq. Şirkətin mətbuat açıqlamasında bildirilir ki, müəssisə 2019-cu ildə fəaliyyətə başlayacaq və orada 700 nəfər çalışacaq. Qeyd edək ki, “Bosch” müxtəlif avtomobil sistemləri üçün proqram təminatı və mikroçiplər istehsal edir. Şirkətdən qeyd olunub ki, 2016-cı ildə konveyerdən keçən hər avtomobildə “Bosch” istehsalı olan orta hesabla 9 mikroçip quraşdırılıb.

9

“Microsoft” rəhbərliyi “Apple” şirkətini ideya oğurluğunda ittiham edir. İKT.lent.az-ın Vladtimes.ru-ya istinadən xəbərinə görə, sensasion bəyanatla “Microsoft” rəhbəri Maykl Qevin çıxış edib. Onun fikrincə, “iPad Pro” “Surface”ın plagiat variantıdır: “Bizim bir neçə ildir getdiyimiz yolu “Apple” şirkəti indi seçir. Bir neçə il əvvəl biz “Surface” qurğularını təqdim edəndə “Apple” skeptik yanaşmasını ortaya qoydu. Amma tezliklə “iPad Pro” peyda oldu”. Qeyd edək ki, “Apple” şirkəti “iPad Pro”nu bu yaxınlarda keçirilən WWDC 2017 sərgisində təqdim edib. Bu qurğu noutbuku əvəz edə biləcək planşetdit.

10

“Google” şirkəti “YouTube” video xidmətində ekstremist məzmunlu videoların yayılması ilə mübarizəni gücləndirəcək. Bu barədə “Google”un bəyanatında deyilir. Bəyanatda bildirilir ki, şirkət terror təbliğatı və digər ekstremist kontentin aşkarlanması və silinməsi üçün alətlərini yeniləyəcək və yaxşılaşdıracaq. “Google“ əl rejimində bu tip videoların tapılıb silinməsi ilə məşğul olan işçilərin sayını artıracaq. Həmin videoları artıq izləmiş istifadəçilərə “Google” antiekstremist məzmunlu videolar yollayaraq onları öz həyatlarını terrorizmlə bağlamamağa inandırmağa çalışacaq. Şirkət internetdə terror və zorakılıq təbliğatı ilə mübarizə aparan ictimai təşkilatlarla əməkdaşlıq quracağını da açıqlayıb. “Terrorçular və ekstremistlər nəinki bizim təhlükəsizliyimizə qəsd etmək, həm də bizim cəmiyyətimizi açıq və azad edən dəyərləri məhv etmək istəyirlər. Biz buna yol verməyəcəyik”, – deyə açıqlamada bildirilir.

11

Bir neçə aydır Finlandiyanın “HMD Global” şirkəti “Nokia 9” smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb. “Nokia 9” 2560х1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, “Snapdragon 835” prosessoru və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq. Məlumata görə, qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, “Nokia 9” adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə, həmçinin qeyd olunub ki, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar olaraq qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq. “Nokia 9” smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.

12

Elm və texnologiyanın inkişafı robot sənayesini daha da aktuallaşdırır. Əslində texnologiyaların inkişafı insan əməyini yüngülləşdirir, həyatı daha rahat edir. Digər tərəfdən də süni intellektin inkişafı gələcəkdə işsizlik yarada bilər. Amerikadan və Böyük Britaniyadan olan bir qrup alim süni intellektlərin insan bacarıqlarını nə vaxt üstələyəcəyi barədə təhlil aparıblar. Tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində insanı əvəz edə biləcək. Onların təhlillərinə görə, 2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilə qədər mağaza satıcıları süni intellektlə əvəz olunacaq. Bundan başqa 2047-ci ildə yazıçılara, 2053-ci ildə cərrahlara ehtiyac qalmayacaq. Mütəxəssislərin 120 ildən sonra bütün sahələrdə kompüterlərin insanı əvəz edəcəyini proqnozlaşdırırlar. Lakin bunlar heç də həqiqət yox, alimlərin təxmin etdikləridir.

13

OnePlus firmasının icraçı direktoru Pete Lau, OnePlus 5-in kamerasının HDR xüsusiyyətinin nələr edə biləcəyini göstərmək üçün cihaz ilə çəkilən bir neçə fotoşəkil təqdim etdi. OnePlus 5-in kamera keyfiyyəti ilə maraqlanırsınızsa, şirkətin CEO-su Pete Lau tərəfindən təqdim olunan və OnePlus 5 ilə çəkilən fotoşəkillər tam sizin üçündür. OnePlus 5də HDR şousu! Fotoşəkillərin keyfiyyəti 16 MP olduğu üçün artıq OnePlus 5-in ən azından bir kamerasının 16 MP olacağı da ortaya çıxmış oldu. Vizuallara baxacaq olsanız cihazın bu anda mobil fotoqrafiya mövzusunda rəqibləriylə rahatlıqla rəqabət edə biləcək bir keyfiyyətdə olduğunu da görmüş olacaqsınız. Cihaz iyulun 20-si istifadəçlərə təqdim ediləcək.

14

 

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register