İrakli Kobaxidze – hazırlaşmışıq ki, növbəti Parlament seçkiləri qarışıq sistemlə keçiriləcək

Hazırlaşmışıq ki, növbəti Parlament seçkiləri qarışıq sistemlə keçiriləcək. Ancaq bundan sonra bonus əlavə etməklə proporsial seçki sistemə keçəcəyik, – bu haqda Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Parlament çoxluğu ilə müxtəlif məsələləri müzakirə etdik. Həmçinin konstitusiya ilə əlaqədar söhbət etdik. Biz əsasən razılaşdıq ki, seçki sistemi necə olacaq. Güman etdiyimiz kimi qərara gəldik ki, növbəti seçkilər qarışıq sistemlə keçirilsin. Bu baş tutan konsensusdur. Qarışıq sistemlə bağlı yekun qərar yaxın günlərdə təsdiqlənəcək”, – deyə Parlamentin sədri bildirib.
Mənbə: interpressnews.ge
0 Comments