Millət vəkilləri partiya daxili görüşdə iştirak etməyiblər

image-arch

19 iyun tarixində Gürcü Arzusu partiyasının daxili görüşü baş tutub. Görüşdə əsas məsələ konstitusiya dəyişikliyi və prezidentin parliament tərəfindən seçilməsi olub.

Konstitusiya dəyişikliyi dedikdə  proporsional seçki sisteminə keçid nəzərdə tutulur.

Nəticədə yeni seçki sistemi 2023-cü ildən qüvvəyə minməsi qərara alınıb. O vaxta qədər isə seçkilər yenə də köhnə sistemlə keçiriləcək.

Bununla bağlı Gürcü Arzusunun marneuli region və qardabani region üzrə majaritar deputatlarına zəng vuraraq fikirlərini öyrənməyə çalışdıq ilk olaraq mojaritar namizəd Ruslan Hacıyevə zəng vurduq. O, bizə belə bildirdi ki, “19 iyun tarixində heçbir görüş keçirilməyib başka sual sizi maraqlandırırsa mənim şəxsi facebook səhvəmə yaza bilərsiniz”.

Proportional namizəd Mahir Dərziyev söylədi ki, “həmin görüşdə olmamışam axşam sizə görüşlə bağlı məlumat verəcyəm”.

Qardabani rayonun mojaritar deputatı ilə əlaqə saxlaya bilmədik.

Mojaritar deputat Tamaz Naveriani belə bildirdi ki, “biz konkret olaraq bizim demokratik həyatınızın axışına zərər vuracaq qərar qəbul etməmişik, qəbul etdiyimiz qərarla bağlı siz Gürcü arzusunun mətbuat xidmətinə müraciət edin, sizə bu mövzuda dəqiq məlumat verəcəklər. mən bilmirəm, mən yox idim, görüşə girdim, tez də geri çıxdım, yaxşı olar ki, mətbuat xidmətinə müraciət edəsiniz, onlar sizə dəqiq məlumat verəcək”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register