Tarixdə bu gün
Tarixdə bu gün 21.6.2017-cı il.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sina 1037-ci ilin 21 iyununda Həmədan bölgəsində dünyasını dəyişmişdir. Fars mənşəli olduğu ehtimal olunur. Ən etibarlı əsəri “Göz həkiminin dəftəri”dir.
1633-cü ilin 21 iyununda Qalileo Qaliley inkvizisiya məhkəməsində Yer kürəsinin fırlandığı ilə bağlı nəzəriyyəsindən imtina etmək məcburiyyətində qalıb.
Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 4 Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. “Qüdsi” təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada “Gülüstan” adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olmuşdur. 1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
21 iyun 1908-ci ildə Londonda 200 min qadın, seçmə və seçilmə hüququ almaq tələbi ilə nümayış keçirib.
1990-ci ilin bu günü İranda 7,3 gücündəki zəlzələ baş vermişdir. Bu hadisədə 50 min insan dünyasını dəyişmişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments