Seçki sistemində “Gürcü arzusunun” qərarı qəbul olunmaz və doğrulmazdı – QHT-lər

qadinlar

Qeyri-hökumət təşkilatlarının bəyənatına görə, idarəçi komandanın proporsial seçki sisteminə keçidin təxirə salınması ilə bağlı qərarı qəbul olunmazdır.

19 iyun tarixində idarəçi komandanın, 2020-ci ilin Parlament seçkiləri üçün qarışıq seçki sisteminin saxlanılması və tam proporsial sistemə keçidin 2024-cü ilin seçkilərinə keçirilməsi qərarı məlum oldu. Bununla yanaşı, çoxluq nümayəndələrinin bildirdiyinə görə, 2020-ci ilin seçkiləri üçün barier 3%-ə qədər azalıb. Eyni zamanda, seçki bloqlarının ləğv olunması  haqqında qərar qüvvədə qalacaq.

“Birmənalı şəkildə qeyd etməliyik ki, “Gürcü arzusu”-nun qərarı tamamən qəbul olunmaz və doğrulmazdır. Bizim kəskin şəkildə mənfi yanaşmamıza baxmayaraq konstitusional dəyişikliklərin təşəbbüs paketində təklif olunan bölüşdürülməmiş mandatların qalib partiyaya aid olması qaydanı və bloqların ləğv olunmasına dair 5%-lik barierin saxlanılması halında, qeyri-hökumət təşkilatları yenə də proporsial sistemə keçməyi müsbət dəyərləndirdik.

Bu fikirlə eləcə də Venesiya komissiyası da razılaşdı və proporsial sistemin qəbul olunmasını müsbət qiymətləndirdi. Konstitusiya komissiyasında baş tutan 4 aylıq işin, Venesiya komissiyasında baş tutan görüşlərin və onun qiymətləndirilməsinin yayılmasından sonra, idarəçi partiya tərəfindən tək şəkildə proporsial sistemin qüvvəyə minməsinin daha da təxirə salınması haqqında qəbul olunmuş qərar qeyri-adekvatdır.

Oxşar yanaşma Konstitusiya komissiyasının işinin mənasını itirir ki, onun da əsas məqsədi ictimai fikirin möhkəmlənməsi və konsensusa əsaslanmış konstitusiyanın qəbul olunması olmalı idi. Bunun əvəzinə, “Gürcü Arzusu” maraqlanan tərəflərin hər hansı qoşulması olmadan və onların gözləntilərinə qarşı, tək şəkildə, dar partiya maraqlarından dolayı, 2020-ci ilin seçkilər üçün proporsial sistemə keçid haqqında qərarı dəyişib”, – deyilir qeyri-hökumət təşkilatlarının bəyənatında və qeyd olunur:

“İdarəçi partiya tərəfindən  qeyd olunan qərarın qəbul olunmasını yaradan, partiyanın daxili fikirinin müxtəlifliyi haqqında gətirilmiş arqument sübutsuzdur və inandırıcı deyil. Təəssürat yaranır ki, qarışıq sistemin saxlanılması ilə  idarəçi komanda çalışır ki, 2020-ci ilin seçkilərində üstünlük qazanmağa dəstək olacaq zəmanətlər yaransın.

İstəyirik fəaliyyətdə olan parlament çoxluğuna xatırldaq ki, bundan əvvəlki çağırışa Parlamentdə “Gürcü Arzusu” Koalisiyası rədd etdi, 2016-cı ilin parlament seçkilərində seçki sistemi dəyişdi. Bunun əvəzində onlar Parlamentdə proporsial sestemin 2020-ci ilin seçkilərinə keçirilməsini nəzərdə tutan konstitusiya dəyişikliklərinin təşəbbüsünü irəli sürdülər.

Onların bəyənatına əsasən, bu qərar koalisiyada kompromisisn nəticəsi idi. Müxalifətin dəstəyinin olmaması səbəbindən həyata keçirilməsi baş tutmadı. Bugün, artıq konstitusiya çoxluğu şəraitində, “Gürcü Arzusu” yenidən şəxsi t bu dəfə partiyanın daxili narazılığı səsəbi ilə əşəbbüsünün qəbul olunmasını gecikdirir.

Oxşar manevrlər və seçki sisteminin dəyişikliklərindən  seçki sisteminin dəyişikliklərinin geniş konsesus şəraitində daim qaçmaq, qeyri-ciddi və doğrulmazdır”.

Qeyri-hökumət təşkilatlarının bəyənatına görə, belə yanaşma qeyri-hökumət sektorunun və başqa maraqlı tərəfərin çoxluqla bu və ya digər məsələlərlə bağlı  gələcək əməkdaşlığını ciddi sual altında qoyur. Çünki, elə təəssürat yaranır ki, mülki ictimai qoşulma xülyadır və əməkdaşların konstruktiv formatlara baxmayaraq, mövcud olan dəyişikliklərə nai olmaq alınmır.

“İstəyirik birmənalı şəkildə qeyd edək ki, seçki sistemi ilə əlaqədar 19 iyunda elan olunmuş qərarın konstitusiyada təsvir olunması halında həyata keçirilmiş dəyişikliklər konsensusun və geniş ictimaiyyətin deyil, bir partiya tərəfindən bağlanmış qapı arxasında qəbul edilmiş qərarın nəticəsidir. Hesab edəcəyik ki, proprosial sistemə keçid dərhal, hər hansı təxirdən kənar, Venesiya komissiyasının rekomendasiyasını nəzərə almaqla olmalıdır”.

Qeyri-hökumət təşkilatları idarəçi partiyanı çağırırlar:

  •  Venesiya komissiyasının və qeyri-hökumət təşkilatlarının rekomendasiyalarını, eləcə də cəmiyyətə qarşı şəxsi vədləri nəzərə alsın və maksimum konsensus nəticəsində və tələsmədən seçki sistemi ilə bağlı qərarlar qəbul etsin ki, konstitusiya dəyişiklikləri bir partiyanın maraqlarına əsaslanması təəssüratını yaratmasın.

Ədalətli seçkilər və  beynəlxalq demokratiya təşkilatı  (ISFED)

Beynəlxalq Şəffaflıq – Gürcüstan (TI-Georgia)

Açıq Cəmiyyət Gürcüstan Fondu (OSGF)

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA)

Liberal Akademiya Mülki İnkişaf agentliyi (CiDA)

İnsan Hüquqları Mərkəzi Məlumat Azadlığının İnkişaf İnstitutu (IDFI)

Medianın İnkişafı Mərkəzi (MDF)

Gürcüstan Reformalar Assosiasiyası (GRASS)

Konstitusiyanın 42-ci maddəsi

İqtisadı Siyasi Araşdırmalar Mərkəzi

Gürcüstan Siyasət İnstitutu

İnsan Hüquqlarının Tədrisi və Monitorinq Mərkəzi (EMC)

 

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register