99 vakant yer hələ də tutulmayıb

marneuli

Marneuli yerli özünüidarəetmə orqanında 99 vakant yerə elan olunmuş müsabiqə üzrə müsahibənin tamamlanmasından 9 gün keçir, xüsusi yaradılmış komissiya isə hələ qərar verməyib, Marneuli İcra Hakimiyyətinin inzibati xidmətinin rəhbəri Nino Dekanoidzenin dediyinə görə, komissiya bu gün yekun qərar qəbul etməli idi, lakin komissiya üzvlərinin hamısının iştirak etmədiyinə görə proses sabaha qədər təxirə salınıb.

Həmçinin xidmət rəhbərinin dediyinə görə, boş qalacaq vakant yerlərə təkrar qəbul elan olunacaq, lakin bunun nə zaman olacağı Dekanoidzeyə məlum deyil.

Özünüidarəetmə orqanında 99 vakant yerə müsabiqə elan olunmuşdu ki, bulardan da iki yer Marneuli Bələdiyyə Məclisində (Sakrebulo), 97 yer isə İcra Hakimiyyətində (Qamqeoba) idi. Yerli özünüidarəetmə orqanına elan olunmuş müsabiqədə iştirak edən 191 nəfərdən 84 nəfəri müsabiqədən uğurla keçdi, müvafiq olaraq da müsahibədə də 84 nəfər iştirak edirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register