Gürcüstanda hava şəraiti nə vaxt düzələcək
Gürcüstanda 3 noyabr tarixindən hava şəraiti düzələcək. Hava temperaturu isə artacaq.
Ətraf mühitin və Təbii resurslar Nazirliyindən bildirdilər ki, Şərqi Gürcstanda 1-2 noyabr tarixində hava temperaturunun aşağı düşməsi gözlənilir.
Onların verdiyi məlumata əsasən, 1 noyabr tarixində havanın maksimal temperaturu aran yerlərində +3,+8, dağ ərazisində +1, +6, yüksək dağlıq ərazisində isə – 4, +1 dərəcə gözlənilir.
“1 noyabr tarixində gecə saatlarında Şərqi Gürcüstanın bəzi rayonlarında yağış, dağlıq ərazidə isə – bəzi yerlərdə qar gözlənilir. 2 noyabr tarixində, gecə saatlarında havanın minimal temperaturu Şərqi Gürcüstanın aran ərazisində də -1 dərəcəyə qədər düşə bilər”, – bildirirlər nazirlikdə.
Amil Məmmədov2286 Posts
0 Comments