Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən böyük təyyarə istehsalçılarından olan “Airbus” şirkəti “Vahana” adını verdiyi yeni konsept pilotsuz uçan aparatını təqdim edib. Əsas missiyası böyük şəhərlərin tıxac problemini həll etmək olan layihə hava daşımalarına yenilik gətirəcək. Konsept taksinin necə olacağının canlandırıldığı kompüter qrafikası ilə hazırlanmış videodan göründüyü kimi, taksi şirkətlərinin mobil əlavələrinə oxşayan bir mobil əlavə vasitəsilə gedəcəyiniz yeri, zamanı, baqajınızın olub-olmamasını qeyd etdikdən sonra uçan taksi sizi ən yaxın “vertiport” adı verilən dayanacaqdan götürərək lazım olan yerə aparır. “Vahana”nın digər bir üstünlüyü ondadır ki, vertikal eniş-qalxış edə bilməsi sayəsində bir çox yerdən sərnişin götürə və düşürə bilir. “Vahana” tam avtomatlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Sərnişinin hər hansı formada müdaxiləyə ehtiyac qalmadan gedəcəyi trayektoriyada olan digər uçuşları tənzimləyəcək və özünə yol açacaq. “Vahana” həmçinin hər hansı bir fövqəladə hadisə baş verməsi zamanı istifadə etmək üçün paraşütlə, ətrafı analiz etmək üçün kameralarla, radarla və gps-lə təmin olunacaq.

“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimat tarixi məlum olub. İnsayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək. Daha öncə “Samsung” şirkətinin “Note 8” smartfonunun  2017-ci ilin sentyabrında Berlində keçiriləcək “IFA” konfransında nümayiş etdiriləcəyi barədə məlumat yayılmışdı. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək  tədbirində təqdim etməyi planlaşdırır. Şayiələrə görə, “Samsung Galaxy Note 8” smartfonu 4428×2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, “Qualcomm Snapdragon 836” prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək. “Samsung Galaxy Note 7” cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb. 2017-ci ilin martında şirkət təmir edilmiş “Galaxy Note 7” qurğusunu yenidən satışa çıxarıb.

1

ABŞ-ın e-ticarət nəhəngi “Amazon” “Prime Wardrobe” adı ilə istifadəçilərinə yeni xidmət təklif etməyə hazırlaşır. Yeni xidmət müştərilərinə sifariş verdikləri geyim məhsullarını əvvəlcədən geyinib baxıb, sonra dəyərini ödəmək imkanı yaradır. “Amazon”dan verilən şərhə görə, yeni xidmət çərçivəsində istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksesuar kateqoriyalarında istədikləri ən az üç məhsulu seçə biləcəklər. Geyimlər müştərilərin evlərinə çatdırılacaq. Müştərilərə sınaq üçün azı 7 gün müddət veriləcək. Xidmət çərçivəsində qadın, kişi, uşaq və körpələr üçün 100 milyondan çox məhsul təqdim ediləcək. Bu məhsulların əksəriyyəti məşhur brendlərə -“Calvin Klein”, “Hugo Boss”, “Lacoste”, “Adidas” və “Levi s”ə məxsus olacaq.

2

“Ericsson” şirkətinin illik “Ericsson Mobility Report” hesabatında 2022-ci ilədək Yer kürəsi əhalisinin böyük həcmdə informasiya mübadiləsi edəcəyi qeyd olunur. 71 eksabayt genişzolaqlı internet vasitəsilə 6 milyarddan çox qoşulmuş unikal smartfon abunəçisi və 8,3 milyard kontakt tərəfindən hasil olunacaq. Bura planet əhalisinin sayını 3 dəfə üstələyəcək “Əşyalar interneti” qurğularını da aid etmək olar. Bununla yanaşı, hesabatda əsas üstünlüyü auditoriyası təxminən 5 milyard istifadəçiyə çatacaq “LTE” rabitə standartının təşkil edəcəyi qeyd olunur. Bundan başqa, proqnozlara görə, qeyd olunan müddətədək “5G” şəbəkə istifadəçilərinin sayı 500 milyon nəfərə bərabər olacaq.

3

Çinin “OnePlus” şirkəti iyunun 20-də rəsmi olaraq özünün “OnePlus 5” flaqman smartfonunu təqdim edib. Təxmin edildiyi kimi, “OnePlus 5” FullHD icazəli 5,5 ölçülü AMOLED displeyə malikdir. Bu smartfon “Qualcomm Snapdragon 835” prosessoruna, 6 və ya 8 GB əməliyyat, 64 və ya 128 GB əlavə yaddaşa malikdir. Yeni “OnePlus 5” flaqmanı öndən və arxadan zahirən “iPhone 7 Plus” smartfonunu xatırladır. “iPhone 7 Plus”da olduğu kimi, “OnePlus 5” ikili genişbucaqlı və teleobyektivli əsas kameraya malikdir. Müvafiq modellərin genişlənməsi isə 16 və 20 meqapikseldir. Frontal kameranın həcmi 16 meqapikseldir. Smartfonun əsas kamerası şirkətin daha öncəki “OnePlus 3T” smartfonundan 40 faiz daha tez fokuslana bilir. İstifadəçilər RAW formatında da çəkiliş edə biləcəklər. “OnePlus 5” LTE şəbəkəsini dəstəkləyir və 2 SİM kartla, 3,5 mm həcmində qulaqcıq üçün dəliyə malikdir. Batareyanın həcmi 3300 mAs təşkil edir. Smartfon “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışacaq. Ölçüləri 74,1*154,2*7,25 mm, çəkisi 153 qramdır. “OnePlus 5” ABŞ və Avropa bazarlarına iyunun 27-də çıxacaq. Onu iki rəngdə – qara və boz rənglərdə əldə etmək mümkündür. Smartfonun 6 GB əməliyyat yaddaşlı və 64 GB əsas yaddaşlı versiyasının qiyməti 479 dollar, 8 GB və 128 GB yaddaşlı versiyasının qiyməti 539 dollardır. Avropada isə qiymət müvafiq olaraq 499 və 559 avro təşkil edəcək.

“Honda Motor” avtomobil şirkəti “WannaCry” virusu aşkarlandıqdan sonra müvəqqəti olaraq Yaponiyadakı müəssisəsinin fəaliyyətini dayandırıb. İyunun 19-da şirkətin Sayame şəhərindəki zavodunda iş dayandırılıb. Bu zavodda “Accord”, “Odyssey Minivan” və “Step Wagon” modelləri istehsal edilir. Sutka ərzində zavodda minlərlə nəqliyyat vasitəsi istehsala buraxılır. Konsernin nümayəndələri bildiriblər ki, “Honda”nın Yaponiya, ABŞ, Avropa, həmçinin Çindəki müəssisələrinin kompüterləri virus hücumuna məruz qalıb. Xatırladaq ki, “WannaCry” virusu ötən ay kütləvi şəkildə 150 ölkədə “Windows” əməliyyat sistemi ilə çalışan kompüter şəbəkələrinə hücum edib. Virusun dağıdıcı təsirindən dövlət strukturları, tibb müəssisləri də ziyan çəkib.

2017 Honda Accord Sedan Touring

“WhatsApp” messenceri “Android” əməliyyat sisteminin köhnə versiyalarını yalnız 2020-ci ilə qədər dəstəkləyəcək. Bu barədə “GSMarena” resursu məlumat yayıb. Hələ 2016-cı ilin fevralında “WhatsApp” nümayəndələri bildiriblər ki, ilin sonuna qədər “Android 2.1” və “Android 2.2”nin dəstəklənməsini dayandırmağı planlaşdırırlar. “Android 2.3.7” versiyasının və daha yuxarı versiyaların sahibləri messencerdən 2020-ci ilin fevralın 1-nə qədər istifadə etmək imkanı əldə edəcəklər. Mütəxəssislər bildirirlər ki, “Android”in köhnə versiyasının istifadəçiləri əlavələrin yeni funksiyalarına çıxış əldə edə bilməyəcəklər.

5

Fransada keçirilən Le-Burje aviasalonunda ABŞ-ın “Workhorse” şirkəti tərəfindən hibrid motorlu kiçik sərnişin dronu təqdim edilib. Pilotsuz uçuş aparatının xüsusiyyətləri barədə şirkətin saytında məlumat yerləşdirilib. “Surefly” adlanan dron 2 yerlikdir. Cihaz 8 rotorla çalışır və 200 litr/saniyə gücündə benzin generatoru və elektrik mühərriki ilə işləyir. Ehtiyat akkumulyatorla da təchiz edilib. Əgər generator sıradan çıxarsa, ehtiyat akkumulyator “SureFly” aparatını 5 dəqiqə ərzində – eniş edənə qədər enerji ilə təchiz edəcək. Bundan başqa, dron fövqəladə hallar üçün paraşütə də malikdir. Maksimal sürət 110 km/saat təşkil edir, uçma məsafəsi isə 110 km-ə qədər çata bilər. “SureFly”ın yükqaldırma gücü 180 kiloqram, multikopterin özü isə 500 kiloqramdır. Dronun əsas idarəetmə orqanı kabində yerləşən coystikdir. Sərnişindaşıma üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatı hələ ki havaya qalxmayıb. İlk uçuş bu ilin sonuna planlaşdırılıb. 2019-cu ildə isə o, sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra tərtibatçılar aparatın satışına başlayacaq. Onun qiyməti 200 min dollar təşkil edəcək.

6

Çində elektron ticarət firmalarından biri hazırladığı pilotsuz aparat – robot vasitəsilə yük daşınmalarına başlayıb. Pekində yerləşən “Jindong” şirkəti kuryer robot vasitəsilə lazım olan yükü paytaxtın Haydien rayonundakı Renmin Universitetinə göndərib. Saatda 3-4 km sürətlə hərəkət edən robot 50 kq yük götürə bilir. Aparat lazer radar və kamera sisteminə malikdir. Bu sayədə o, yollardakı maneələrdən qaça bilir və işıqforları tanıyır. Kuryer robot yükü ünvana ən uyğun marşrutla aparır və alıcıya 5 dəqiqə önə müvafiq mesaj göndərir. Yükü qəbul edən şəxs aparatın içindəki yükü üz tanıma sistemi və ya kod vasitəsilə təhvil alır. “Jindong” bu il ərzində kuryer robotların sayını 100-ə çatdırmağı və Pekinlə bərabər bir sıra şəhərlərdə də bu qurğulardan istifadə etməyi planlaşdırır.

7

“Mazda Motor Rus” şirkəti Rusiyada 4,5 mindən çox avtomobili geri çağırıb. Qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2005-2010-cu illərdə Rusiyada satılmış “Mazda 5” modellərinə şamil olunur. Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

8

“Google” şirkəti “Android 2.1 Eclair” və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün “Android Market” onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. İyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcək. Dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək. Xatırladaq ki, “Android Market” 2012-ci ildə istifadəyə verilən “Google Play” mağazasını əvəz edir. “Android 2.1 Eclair” əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. “Google Play” onlayn mağazası “Android 2.2 Froyo” və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.

9

ABŞ-ıne-ticarət nəhəngi olan “Amazon” “Prime Wardrobe” adıyla istifadəçilərinə yeni xidmət təklif edir. Şirkətin yeni xidmətinə görə, geyim məhsullarının pulu ödənilməmiş yoxlanılması mümkün olacaq. İstehlakçlar yoxladıqldan sonra istədikləri məhsulları sifariş edə biləcəklər. “Amazon” dan verilən məlumata görə, istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksesuar kateqoriyalarında istədikləri ən az üç məhsulu seçə bilərlər. Məhsulların təqdimatından sonra istifadəçilərə məhsulları sınamaq üçün 7 gün müddət veriləcək. İstifadəçilər bəyənmədikləri məhsulları geri göndərə biləcəklər. Qeyd edək ki, bu xidmət çərçivəsində qadın, kişi və uşaqlar üçün 100 milyondan çox məhsul olacaq. Calvin Klein, Hugo Boss, Lacoste, Adidas və Levi”s kimi dünyaca məşhur markaların məhsullarından seçmək imkanı veriləcək. İstifadəçilər sifariş etdikləri məhsulların 3 və ya 4-nü aldıqları halda 10, daha çox məhsul bəyəndiyi halda isə 20 faiz endirim qazanacaqlar. Firmanın yaxın zamanlarda başladacağı xidmətdən “Amazon Prime” üzvləri pulsuz faydalanacaqlar.

10

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda Motor” şirkəti kiberhücuma görə Saytama prefekturasındakı zavodunda işi dayandırıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, istehsal xətlərinə nəzarət edən kompüterlər sistemi iyunun 18-də virusa yoluxub. Virusun yaradıcıları sistemi bərpa etmək üçün şirkətdən pul tələb ediblər. Şirkətin mühəndislərinin cidd-cəhdi ilə zavod işini iyunun 20-də bərpa edə bilib. Hücum üçün istifadə edilən virusun mayda qlobal kiberhücumun həyat keçirildiyi “WannaCry”ə oxşadığı bildirilir. Həmin vaxt virus Yaponiyada təqribən iki min kompüteri, o cümlədən elektronika istehsalı sahəsində tanınmış “Hitachi” şirkətinin sistemlərini sıradan çıxarmışdı.

11

Dronlar divarların arxasında gizlədilmiş obyektin 3D təsvirini əldə etməyi öyrəniblər. 3 il bundan əvvəl Kaliforniya Universitetinin alimləri kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektlərin ikiölçülü təsvirlərini əldə etmək üçün yerüstü robotlardan istifadə ediblər. İndi pilotsuz uçan aparatlardan istifadə edən alimlər analoji obyektlərin 3D təsvirlərini əldə ediblər. Bu texnologiya axtarış-xilasetmə əməliyyatlarının keçirilməsində, arxeoloji qazıntılar zamanı və bir çox başqa hallarda istifadə edilə bilər. Texnologiya yoxlanan ərazinin ilkin ölçülərini tələb etmir. Yerüstü robotlar “Wi-Fi” texnologiyasının köməyi ilə yalnız 2D təsvirlər əldə etdikləri halda, pilotsuz təyyarələrin müxtəlif istiqamətlərdə uçmaq qabiliyyəti obyektlərin müxtəlif bucaqlardan təhlilinə imkan verib. Nəticədə alimlər kərpicdən hörülmüş divarların arxasında gizlədilmiş obyektin 3D təsvirini əldə etməyə müvəffəq olublar.

“PayPal”ın əməliyyatlar üzrə baş mütəxəssisi Bill Ready, sözügedən servisdə yeni funksiyanın beta testini elan edib. Söhbət, servisin digər istifadəçilərinə ani pul köçürmələrindən gedir. Hələki bu yeni funksiya yalnız ABŞ istifadəçiləri üçün aktivdir. Ani P2P köçürmələr bazarı getdikcə rəqabətli olmağa başlayıb. 2013-cü ildə Venmo adlı startapın alışından sonra “PayPal” bu bazarda lider şirkət olmağa hazırlaşırdı. “Apple” şirkətinin öz iMessage-i vasitəsilə ani pul köçürmələri özəlliyini nəzərə alsaq, “PayPal” hal hazırda bu bazarda digər şirkətlərə çatmalıdır. Hal hazırda öz yaxınlarına və ya dostlarına pul vəsaitləri göndərmək istəyən PayPal istifadəçiləri, bank hesabına vəsaitin göndərilməsi adlı pulsuz funksiyadan istifadə edirlər. Lakin bu funksiyanın həyata keçirilməsi üçün standart olaraq 1 gün lazımdır. Ani pul köçürmələri isə bu müddəti 2-3 dəqiqəyə kimi endirir. Lakin bununla yanaşı bu funksiyadan istifadə üçün 0.25$ komissiya ödəmək lazım gələcək. Hal hazırda bu funksiya beta test mərhələsində yalnız bəzi ABŞ istifadəçiləri üçün aktivdir. Yaxın bir neçə həftə və ya ay ərzində yeni funksiya bütün ABŞ istifadəçiləri üçün aktiv olacaq.

12

Son zamanlarda videomüşahidə üçün nəzərdə tutulmuş smart kameralara böyük tələbat var. Həmin smart kameralar internetə qoşularaq real zaman ərzində planetin istənilən nöqtəsində olan sahibinin mobil telefonuna videogörüntünü göndərir. Kameralar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub. Lakin bununla yanaşı həmin kameralar həmçinin hackerlər üçün də əlverişli cihazlara çevrilirlər. Çinin dövlət videomüşahidə xidməti bildirir ki, Çində hal hazırda istənilən şəxs təqribi olaraq 28$-a digər insanları izləməyə imkan verən xüsusi proqram təminatını əldə edə bilər. Məlumata əsasən bu cür proqram təminatı adətən videomüşahidələr üçün nəzərdə tutulmuş smart kameraları rahatlıqla skan edərək onların idarəetməsini ələ keçirə bilir. Bundan əlavə olaraq çinli hackerlər sosial şəbəkələrdə bununla bağlı böyük qruplar yaradırlar. Həmin qruplarda isə hack olunmuş cihaz istifadəçilərin login və şifrələri təqdim olunur. Hər gün hackerlər 200-400 hack edilmiş kamera istifadəçilərinin məlumatlarını tamamilə pulsuz təqdim edirlər. Bu məlumatları isə yüzlərlə insan yükləyir. Həmin siyahılar, proqram təminatının yalan olmamasını sübut etmək üçün pulsuz şəkildə insanlara paylanır.

13

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register