Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 21.6.2017-cı il.

1593-cü ilin 22 iyununda Sisak Müharibəsində Sloveniya və Xorvatiya ordusu Osmanlı qüvvələri üzərində qələbə çalmışdılar.

22 iyun 1815-ci ildə Vaterlo döyüşündə məğlub olduqdan sonra Napoleon Bonapart ikinci dəfə hakimiyyətdən əl çəkməli oldu.

1825-ci ilin bu günü Britaniya Məclisi feodalizmi və yer ağalığı sistemini ləğv etmişdir.

Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur.

Nasist Almaniyası Sovet İttifaqına hücuma başlamışdır. Bu hadisə 1941-ci ilin 22 iyununda baş vermişdir.

Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru , Azərbaycanın əməkdar incəsənət xadimi , M.F.Axundov adına ədəbi mükafat laureatı , Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın Pirəbbə kəndində dünyaya gəlmişdir. O, 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.

2002-ci ilin bu günü rixter şkalasına görə 6.5 bal gücündə zəlzələ İranın qərb bölgəsində 261 nəfərin ölümünə bais olmuşdur.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register