Dövlət məmuru piknikdə toplanmış Kürtlər sakinlərinə söyüş söyüb
Kürtlər ərazi vahidinin koordinasiya xidmətinin mütəxəssisi Mehdi Qurbanov 20 iyun tarixində Kürtlər sakinləri ilə birgə təbiətdə doğum gününü qeyd edib. Kürtlər sakinləri xüsusi qonaq olan aşığın sazda ifa etməsini videoya çəkirmişlər. Bu zaman Qurbanov Kürtlər əhalisini ədəbsiz sözlərlə təhqir edib.
Bu məsələ ilə bağlı 21 iyun tarixində icra hakimiyyətinin binası qarşısına Kürtlər əhalisi toplaşaraq Mehdi Qurbanovun vəzifədən azad olunmasını tələb ediblər. İcra hakimiyyəti binasının qarşısında toplaşıb Mehdi Qurbanovun vəzifədən azad olunmasını istəyən əhali ilə icra başçısı merab Topçişvili görüşdü.
“Biz bunların hamısını dərindən öyrənəcəyik. Qayda olduğu kimi komissiya yaradılacaq. Dövlət və administrativ xidmətə uyğun olaraq komissiya toplanacaq. Ona qədər mən toplaşan şəxslərdən xahiş etdim sakitləşsinlər. Biz buna reaksiya göstərəcəyik”.
Vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Rustavidən Marneuliyə Kvemo Kartlinin qubernator müavini Zaur Darğallı gəldi. Onun sözlərinə görə vəziyyəti aydınlaşdırmaq lazımdır. Ancaq toplanmış əhali ilə Zaur Darğallının söhbət etməsinə “Avropalı Gürcüstanın” üzvü Əhməd İmamquliyev imkan vermirdi.
Biz Mehdi Qurbanov ilə əlaqə saxladıq ki, onun mövqeyini öyrənək. O, Radio Marneulinin efirində Kürtlər kənd sakinlərindən üzr istədi.
Radio Marneuli bu fakta nəzər yetirəcək və gələcək buraxılışlarda yerli özünüidarəetmənin qərarı ilə sizi tanış edəcəyik.
marneulifm1106 Posts
0 Comments