Radio “Marneuliyə” “ağıl öyrədirlər”

marneulifm_logo

21 iyun tarixində Marneuli Munisipolitetinin yerli özünüidarəetməsinin binası qarşısında Kürtlər kənd sakinləri toplanmışdı və Kürtlər ərazi vahidinin koordinasiya xidmətinin mütəxəssisi Mehdi Qurbanovun vəzifədən azad olunmasını tələb edirdilər.

Ənənəvi şəkildə Radio “Marneuli”-nin jurnalistləri hadisəni işıqlandırırdılar.

Yerli özünüidarəetmə binasının qarşısında əhali ilə birgə Marneuli bələdiyyəsinin icra başçısı Merab Topçişvili, Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı, bələdiyyənin ictimai məmurları və “Avropalı Gürcüstan”-ın üzvü Əhməd İmamquliyev var idi.

Qeyd olunan prosesi Radio “Marneulinin” jurnalistləri çəkirdilər və baş verən haqqında ictimaiyyətə məlumat çatdırmaq məqsədi ilə material toplamağa cəhd göstərirdilər.

Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə binasının mühafizə xidməti jurnalistdən video çəkdiyi telefonu almağa cəhd göstərib. Qeyd olunanla bağlı jurnalist icra başçısı Merab Topçişvilini reaksiya göstərməyə çağırıb. Buna baxmayaraq, icra başçısı Merab Topçişvili Radio “Marneulinin” jurnalistinə deyir ki, onun xəbərdarlıq etmədən dövlət müəssisəsinə daxil olmaq və orada bu aksiyanı çəkmək hüququ yoxdur. Vurğulayır ki, bu elementar jurnalistika etikasıdır!

Jurnalistika işinə mane olmaq cəhdinə “Avropalı Gürcüstan”-ın üzvü Əhməd İmamquliyev qarşı çıxmayıb. Əksinə o, icra başçısını real problemə qayıtmağa və jurnalistlərdən əl çəkməyə çağırıb. Bu fakta o, da əlavə olundu ki, Radio “Marneulinin” Facebook səhifəsinə Əhməd İmamquliyev bildiriş yazaraq radioya şəxsi baxışını – videonun dinləyicilər (tamaşaçılar) üçün necə paylaşılmasının daha yaxşı olmasını təklif etdi.

imamkulievi radios micera

Radio “Marneuli” tərəfləri gələcəkdə jurnalist işinə mane olmaqdan çəkinməyə və medianın çalışmasına qarışmaq cəhdindən uzaq durmağa çağırır.

Radio “Marneuli” müstəqil media təşkilatdır. Redaksiya siyasətinə hər hansı partiyanın nümayəndəsi və ya dövlət məmuru deyil, jurnalistlərlə birgə radionun menecmenti qərar verir!

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register