Sosial kompaniya “hərəkət et” Marneulidə də baş tutdu

telim

Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən sosial kampaniya #Hərəkətet Marneulidə də baş tutdu. Kampaniya çərçivəsində Ədliyyə Nazirliyinin Təhsil Mərkəzinin təlimçiləri Şəlalə Əmircanova, Tinatin Ramişvili Marneuli gənclərinə və yerli hakimiyyət nümayəndələrinə qadına qarşı zorakılıq və ailə zorakılığının qarşısının alınması adlı təlim keçdilər. Təlimlər və layihə haqqında təlimçi Şəlalə Əmircanova bizə məlumat verdi.

Təlim iştirakçısı Aytən Rüstəmova bu növ təlimlərin və kampaniyaların keçirilməsini gənclər üçün çox əhəmiyyətli olduğunu dedi.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin kampaniyası Gürcüstan miqyasında həyata keçirilir və may ayının 1-dən start verilib. Altı ay ərzində davam edəcəkdir. Təlimlər pulsuzdur.

Qeyd edilməlidir ki, Marneulidə və milli azlıqların məskunlaşdığı digər regionlarda təlimlər milli azlıqların ana dilində keçirilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register