Kitablar üçün büdcə oktyabrda ayrılacaq

Kitab

Marneuli İctimai Kitabxanası rəsmi olaraq 2017-ci il mart ayının 21-də açıldı, o vaxtdan isə artıq üç ay keçib. Hal-hazırda Marneuli İctimai Kitabxanasının hansı resursları var və hansı xidmətləri göstərir – bu barədə kitabxananın direktoru Lana Xexelaşvili ilə söhbət etdik.

   “Bu gün üçün bura gələn oxucuların yararlanacağı xidmətlər bunlardır: yerində xidmət, yəni oxucu bizim oxu zalından istifadə edə bilər, bundan başqa on gün müddətinə kitabı evə də apara bilər, iyun ayından isə oxucu burada pulsuz internetdən istifadə edə, lazımi məlumatlar axtara, ehtiyac olarsa, çap edə bilər”.

Marneuli kitabxanası Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin balansındadır ki, bunun da büdcəsi artıq oktyabr ayında hazırlanmalı və təsdiq olunmalıdır. Kitabxananın kitab fondunun zənginləşdirilməsi üçün yerli büdcədən vəsaitin ayrılmasının planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili danışdı.

   “Əlbəttə, Marneuli Mədəniyyət Mərkəzi kitabxananın kitab fondunun yenilənməsi üçün gələn ilin büdcəsinə lazımi vəsaitin əlavə edilməsini planlaşdırır. Dəqiq nə qədər olacaq, bu barədə əvvəlcədən deyə bilmərəm. Bu məlumatı sizə təxminən oktyabr-noyabr aylarında, büdcənin planlaşdırılması işi tamamlandıqdan sonra verə bilərəm”.

Kitabxananın tikintisi üçün yerli büdcədən 333 000 lari xərclənib. Onun inventar və lazımi dekorasiyasının alınması və həyətindəki parkın qaydaya salınması üçün isə 336 048 lari ayrılıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register