23 iyun tarixindә tibb işçiləri üçün tәlim keçirilәcәk

23 iyun saat 11:00 da, Marneuli İcra Hakimiyyətinin konfrans zalında “QİÇS Xəstəliyinə Yardım Fondu” və “Kvemo Kartli Bölgə İnkişafı Agentliyi”-nin təşkilatçılığı və İcra Hakimiyyətinin dəstəyi ilə QİÇS, AİV, tuperklyoz, stiqma və diskriminasiyaya qarşı təlim kampaniyası çərçivəsində tibb müəssisələri personalı üçün “Tibb müəssisələrdə QİÇS, stiqma və diskriminasiyanın aradan qaldırılması” mövzusunda təlim keçiriləcək. Proqram tibb işçilərinin tibb müəssisələrdə yüksək riskli qruplarla QİÇS infeksiyasının diskriminasiyasının azalması məqsədi ilə təlimi və məlumatlandırılmanı nəzərdə tutur.
Proqram “HİV infeksiyası/QİÇS, tuperklyoz və malyariyaya qarşı mübarizə fondu” tərəfindən maliyyələşdirilir.
Tədbirdə “QİÇS xəstəliyinə yardım fondu”-nun direktoru İzoleta Bodokia, “Kvemo Kartli Bölgə İnkşaf Agentliyi”-nin direktor müavini Nuqraz Salia və Marneuli Bələdiyyəsində fəaliyyət göstərən tibb müəssisələrinin tib personalı iştirak edəcək.
Amil Məmmədov2286 Posts
0 Comments