Baş Nazir – ölkə həmişəlik proporsial sistemə keçəcək
Ölkə həmişəlik proporsial sistemə keçəcək – bu haqda Gürcüstanın Baş-Naziri Qiorqi Kvirikaşvili dünən baş tutan birifinqdə bildirib.
Hökumət başçısı proporsial sistemə keçid qərarını “tarixi” və “əhəmiyyətli” adlandırıb və qeyd edib ki, bu məsələdə konsensusa nail olmaq məhz ona görə baş tutdu ki, qeyd olunan sistem 2020-ci ildə deyil, 2024-cü ildə qüvvəyə minəcək.
“Bizim komanda siyasi iradə göstərdi və çox əhəmiyyətli qərar qəbul etdik: növbəti Parlament seçkiləridə, bir çağırışda dövrü üçün seçki barierinin 5-dən 3%-qədər düşməsi ilə əlaqədar qərardır. Bu isə deməkdir ki, növbəti parlament seçkilərində daha çox siyasi partiyaya Gürcüstan Parlamentinin üzvü olmaq imkanı veriləcək”, – deyə Baş Nazir qeyd edib.
Mənbə: interpressnews.ge
0 Comments