Baş Nazir – müxalifətin və QHT-in bir hissəsinin boykotu ədalətsizdir
Baş-Nazir Qiorqi Kvirikaşvili parlamentin ilk dinləmədə qəbul etdiyi konstitusiya dəyişikliklərinə rəy bildirib. Konstitusiya komissiyasının işinə qoşulmuş Parlament müxalifəti və QHT-lər qərarı boykot edirlər.
“Konstitusiya ilə Parlament öz təbii rolunu və çəkisini əldə edir. Hökumət daha effektli olur, Prezidentin neytral arbitr funksiyaları daha çox konretləşir”, – deyir Qiorqi Kvirikaşvili.
Baş-Nazirin sözlərinə görə yalnız bir məsələdə razılıq əldə olunmayıb ki, bu da seçki sisteminin, xüsusən majoritar sistemin ləğv olunması ilə bağlıdır.
Baş Nazir xüsusən qeyd etdi ki, hökumətə qarşı etibarsızlıq bildirmək proseduru konstitusiya dəyişiklikləri ilə əhəmiyyətli dərəcədə asanlaşıb ki, onun dediyinə görə bu vacibdir. O, eləcə də 2018-ci ildə Prezidentin yenidən birbaşa qayda ilə seçiləcəyini də bildirib.
Baş Nazirin sözlərinə görə müxlifətin və QHT-in bir hissəsinin boykotunda “arqument çatışmamazlığı var və ədalətsizdir”.
Baş-Nazir jurnalistlərin suallarına cavab verməyib və bəyənatı oxuduqdan sonra brifinq otağını şərhsiz tərk edib.
Mənbə: netgazeti.ge
0 Comments