Marneulidə tibb işçiləri üçün tәlim keçirildi

tibb

23 iyun tarixində Marneuli İcra Hakimiyyətinin konfrans zalında “QİÇS Xəstəliyinə Yardım Fondu” və “Kvemo Kartli Bölgə İnkişafı Agentliyi”-nin təşkilatçılığı və İcra Hakimiyyətinin dəstəyi ilə QİÇS, AİV, tuperklyoz, stiqma və diskriminasiyaya qarşı təlim kampaniyası çərçivəsində tibb müəssisələri personalı üçün “Tibb müəssisələrdə QİÇS, stiqma və diskriminasiyanın aradan qaldırılması” mövzusunda təlim  keçirildi. Proqram tibb işçilərinin tibb müəssisələrdə yüksək riskli qruplarla QİÇS infeksiyasının diskriminasiyasının azalması məqsədi ilə təlimi və məlumatlandırılmanı nəzərdə tuturdu.

Proqram “HİV infeksiyası/QİÇS, tuperklyoz və malyariyaya qarşı mübarizə fondu” tərəfindən maliyyələşdirilir.

Tədbirdə “QİÇS xəstəliyinə yardım fondu”-nun direktoru İzoleta Bodokia, “Kvemo Kartli Bölgə İnkşaf Agentliyi”-nin direktor müavini Nuqraz Salia və Marneuli Bələdiyyəsində fəaliyyət göstərən tibb müəssisələrinin tibb personalı iştirak edirdilər. Bu haqqda Tbilis infeksiya patalogiya mərkəzinin həkimi Fati Gabuniya radiomuza məlumat verdi.

   “Bu gün biz Marneulili həkimlərlə göruşmüşük və onlara tədris tipli təlimlər keçirik. Təlimin mövzusu QİÇS infeksiyası xəstəliyi və xroniki xəstəlik olan C hepatiti haqqindadir. Eləcədə iştirakçılara bu sahədə tibbin gelişdirdiyi yeniliklər haqqında da məlumat veririk. Biz bu təlimləri ümumi Gürcüstan miqyasında həyata keçirik və həkimlərə və eləcədə əhaliyə qeyd edilən xəstəliklərin qarşınının alınması və bu haqda daha məlumtlı olmaqları məqsədi ilə təlimlər keçirik”.

Xatirladaq ki, təlimdə yerli həkimlərlə yanaşı sakinlərdə  iştirak edirdilər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register