31 oktyabr daxil olmaqla Gürcüstandan Monteneqroya vizasız səfər etmək mümkün olacaq
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Monteneqro hökumətinin qərarı ilə, cari ilin 14 iyun tarixindən 31 oktyabr tarixi də daxil olmaqla, Gürcüstan vətəndaşları Monteneqro ərazisinə vizasız daxil olacaq və 30 gün qala biləcəklər.
Nazirliyin bildirdiyinə görə, təşəbbüs Gürcüstanın Macarıstandakı səfirliyinə aiddir. Müəssisənin məlumatına əsasən, bu qərara Gürcüstanın səfiri, Zaza Kandelakinin Monteneqronun Xarici İşlər naziri və Avropaya İnteqrasiya Nazirliyinin rəhbərləri, eləcə də səfirlik departamentinin direktoru, Səlim Likasla görüşü də dəstək olub.
Mənbə: netgazeti.ge
0 Comments