Araşdırma xidməti: iki vətəndaş 6 000 saxta aksiz markası satırdı

news4

Gürcüstanın Maliyyə Nazirliyinin araşdırmalar xidmətinin məlumatına görə, iki nəfər Gürcüstan vətəndaşını saxlayıblar. Onlar 6 000 alkoqol içkisinə aid olan saxta aksiz markasını 9000 lariyə satırmışlar.

“İstintaqla müəyyən olundu ki, cinayət qrupunun üzvləri, yaxın polqrafik texnologiyalardan istifadə etməklə 6000 alkoqol içkilərinə aid olan saxta gürcü aksiz marakaları düzədiblər. Günahlandırılan şəxslər qeyd olunan saxta aksiz markalarını 9000 lariyə realizə etdikləri zaman saxlanılıblar.

Eləcə də, günahlandırılan şəxslərin qeyd olunan saxta aksiz markalarını hazırlanmasından sonra realizə məqsədi ilə çalışdıqları müəssisə də aşkarlanıb”, – qeyd olunur istintaq xidmətinin bəyənatında.

İşlə bağlı Gürcüstan Cinayət məcəlləsinin 200-cü  prima maddəsinin  ikinci hissəsinin b və dördüncü hissəsinin a aşağıbəndi ilə istintaq gedir. Qeyd olunan maddə cəza olaraq 9-dən 12 ilə qədər müddətə azadlıqdan məhrum olmanı nəzərdə tutur.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register