Ayaz Məmmədovu vəzifəyə təyin etməyiblər

nnnnnnnnn

23 iyun tarixində, Parlamentin deputatı Savalan Mirzəyev və digər siyasətçilər sosial şəbəkədə Ayaz Məmmədovun Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Gürcüstan Dövlət naziri Aparatının etnik azlıqların kompakt yaşadığı regionlarda (Kvemo kartli regionu) yeni nümayəndəsi olduğu haqda məlumat yayımladırlar. Biz Ayaz Məmmədovdan müsahibə almağa cəhd göstərdik, o, birinci dəfə dedi ki, gün ərzində bizimlə danışa biləcək, ancaq o, bizə cavab vermədi.
Yayılmış məlumatı Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Gürcüstan Dövlət nazirinin mətbuatla əlaqələr xidmətinin rəhbəri Manana Mcedlişvilidən yoxlamağa çalışdıq. O, Ayaz Məmmədov haqqında yayılmış məlumatı ilk dəfə bizdən eşitdi. Mcedlişvilinin sözlərinə görə Ayaz müvəqqəti vəzifə öhdəliyini yerinə yetirən şəxsin mövqeyini tutur.

“Aydınlaşdırdığıma görə, ad soyadı ilk dəfə bayaq sizdən eşitdim. Bu adam bizdə müvəqqəti vəzfəsini yerinə yetirən şəxs olaraq təyin olunub. Iyulun 1-də dövlət xidməti haqqında yeni qanun qüvvəyə minir və əlbəttə ki, müsabiqə elan olunacaq. Vəzifə üçün hamı müsabiqədən keçəcək. Bu şəxs müvəqqəti öhdəliyi yerinə yetirir. Çünki cənab Zaur vəzifəsini tərk edəndə bitirilməli olan işlər var idi”.

Ayaz Məmmədovdan əvvəl həmin vəzifəni daşıyan Zaur Darğallı vəzifəsini 2017-ci ilin may ayında tərk edib. Nazirlikdən bildirirlər ki, bu vəzifəyə 5 iş günündə, iyulun 1-dən müsabiqə elan olunacaq. Ancaq son üç ay ərzində onlar kadr olmadan çalışırdılar.

Manana – “indiki məqam üçün qeyd etdim ki həmin şəxs müvəqqəti vəzifəsini yetirir”.

Nana – “Yəni dünən deyil çoxdan təyin olunub”?

Manana – “çoxdan olduğunu bilmirəm. Sadəcə bu xidmətdə olmalıdır axı. Sərəncamın tarixi və ya nəsə olmalıdır. Indi real vəziyyət nədirsə onu dedim. Hansı tarixdə təyin olunub. Sadəcə çənbə günüdür deyə mən iş yerində deyiləm bu məlumatlar mənə əlçatan deyil. əməkdaşlar da orada yoxdur”.

Dövlət məmurlarının vəzifəyə təyin olunması necə baş verir və nazirliyin qərarı nə dərəcədə ağlabatandır bu haqda hüquqşünas Qiorqi Mumladze ilə söhbət etdik.

“Dövlət xidmətində qayda olaraq müsabiqə yolu ilə seçim olur. Müsabiqə elan edirlər. Öhdəliyi yerinə yetirən olaraq təyin olunubsa o zaman mümkündür. Müvəqqti təyin olunur sonra müsabiqə elan edirlər və vəzifəyə şəxs götürülür. Bu halda 5 günlük təyin etmək nə dərəcəd doğrudur bilmirəm. Bəlkə də bu nazirliyin hüquqi yolla özünü doğrultmasıdır. əgər işlər elə çox idisə niyə 1 iyula 5 gün qalmış təyin ediblər”.

Radio “Marneuli” bu məsələ ilə bağlı yenilənmiş məlumatı, konkret olaraq isə Ayaz Məmmədovun nə zaman təyin olunmasını 26 iyun tarixində sizə çatdıracaq.

Ətraflı bizim sujetimizdən biləcəksiniz

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register