Marneuli rayonunun kəndlərində Ramazan bayramı qeyd olundu
Ramazan bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmi hər il bu bayramı qeyd edir. Marneuli sakinleri arasinda da her il bu bayram tenteneli shekilde qeyd olunur.
25 iyun tarixində Kurtlar kənd sakinləridə on bir ayın sultanı Ramazan bayramını böyük coşğu ilə qeyd etdiler. Səhər namazından sonra bayram namzaları qılındı, dualar oxundu. Bayram münasibətilə kənd məscidinin imamı Teymur Qəhramanov müsəlman aləmini təbrik etdi.
Kənd məscidinin axundu qeyd etdi ki, ramazan ayında oruc tutmaq varlıların kasıbların dərdini anlamaq, kasıblara kömək etmək, qohum əqrəbəni ziyarət etmək və dünyadan köçənlərə dualar oxumaq lazım və vacibdi.
O, həmçinin qeyd etdi ki, bayramın əsas məqsədi insanların ən azı bayramda bir birilərinin bayramlarını təbrik etmesidir.
Kənd sakinləri də öz növbəsində bütün dünya müsəlmanlarını bizim radio vasitəsi ilə təbrik etdilər.
Sonda onuda qeyd edək ki, Ramazan bayramı 3 gün davam edəcək. Bütün müsəlman aləmi bayram ərzində dua ve ibadət edirlər. Bizdə öz növbəmizdə bayram münasibəti ilə bütün dünya müsəlmanlarını müqqədəs Ramazan bayramını əbrik edirik.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments