Prezident yerli özünüidarəetmə seçkilərini “oktyabrın üçüncü həftəsinin sonuna” təyin etməyə hazırlaşır
Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili yerli özünüidarəetmə seçkilərini “cari ilin oktyabr ayının üçüncü həftəsinin sonuna” təyin etməyə hazırlaşır. Bu bəyənatı biraz əvvəl Marqvelaşvili Prezident Administrasiyasında verib. Ancaq seçkilərin dəqiq tarixi hələ qeyd olunmur.
“Bu məsələ haqqında çalışdıq və hökumətlə danışıqlar apardıq, ancaq seçkilərin təyin olunması ilə bağlı akt 60 gün əvvəl, avqustun sonunda veriləcək”, – bildirib Qiorqi Marqvelaşvili.
0 Comments