Dolidze: Prezident Mustafayeva vəd verdi ki, davamlı olaraq işin araşdırmasına qoşulacağıq

log

“Gürcüstan Prezidenti Muxtarlının həyat yoldaşına və vəkilə vəd verdi ki, bu işin inkişafında daimi monitorinimiz olacaq; Hazır idik və zərərçəkmiş tərəfdən məlumat almağa açıq olacağıq və daim araşdırmanın gedişatına qoşulacağıq. Çünki ilk növbədə bu bizim ölkənin prestijidir”, – bu bəyənatı Parlament katibi Ana Dolidze, Prezidentlə Leyla Mustafayevanın görüşü başa çatdıqdan sonra verib.

Tbilisidən oğurlanmış Azərbaycanlı aktivist və jurnalistin həyat yoldaşı, Leyla Mustafayeva bugün Gürcüstan Prezidenti ilə bu məsələ ilə əlaqədar görüşüb. Dolidze bir daha qeyd etdi ki, məsələdə indiyə kimi cavab verilməli olan suallar var və onun araşdırılması dövlət maraqlarının qorunması ilə olmalıdır:

“Əfqan Muxtarlının oğurlanması bizim ölkənin suverenliyi, demokratikliyi, dəyərləri üçün ciddi problemdir. Çünki bu “Qonaq və ev sahibi”nin (Vaja Pşavelanın əsəri) ölkəsidir. Zərərçəkən tərəfin və onun ailəsinin bütün suallarına vaxtında cavab verilməlidir. Suallar belədir: Daxili İşlər Nazirliyi niyə yenidən araşdırmaya başlyıb? Niyə onun həyat yoldaşının zərərçəkmiş statusu yoxdur? Vacibdir  istintaq elə çalışsın  ki, onun ailəsi maraqlarının qorunmasından əmin olsun və istintaq effektli şəkildə, bizim ölkənin maralarıın tam müdafiəsi ilə baş tutacaq”, – deyə Ana Dolidze bildirib.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register