Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 28.6.2017-cı il.

1838-ci ilin 28 iyununda I. Victoria 18 yaşında Birləşmiş Krallığın tacını geyinmişdir. Kraliça 20 İyundan taxta çıxmışdı və ölkəsinin tarixində ən uzun müddət səltənət sürmüş hökmdar olmuşdur.

Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi , Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi , 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – “Əkinçi”nin naşiri , Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.

Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti arat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub.

1914-cü ilin 28 iyununda Avtriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinandın Qavrilo Prinsip tərəfindən Sarayevoda qətledilməsi Birinci dünya müharibəsinin başlanması üçün bəhanə oldu.

Tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register