Trefikinqlə mübarizə baxımından Gürcüstan yenidən birinci qrupdadır

news4

Trefikinqə qarşı mübarizə haqqında ABŞ-ın dövlət departamenti tərəfindən yayımlanmış 2017-ci ilin hesabatına əsasən, Gürcüstan yenidən ilk sıralardadır.

Dövlət Departamentinin hesabatının ilk sıralarına trefikinqlə mübarizədə minimal standartları qane edən ölkələr düşür. Gürcüstan keçən bir neçə il ərzində ikinci qrup sıralarına düşürdü, ancaq 2016-cı ildən yenə də geridə qaldı və 2017-ci ildə də müvafiq mövqeyini qoruyub saxlayır.

2017-ci ilin hesabatında deyilir ki, Gürcüstan trefikinqlə mübarizənin yalnız minimal standartlarını qane edir. Gürcüstan hökuməti tərəfindən 2017-2018-ci illərin fəaliyyət planı müsbət qiymətləndirilib.

“Hakimiyyət hesabat dövründə ciddi və davamlı səy göstərmə nümayişini davam etdirirdi”, – deyə hesabatda qeyd olunur. Eləcə də qeyd olunub ki, müdafiəsiz qruplarda praktiki olaraq trefikinq göstəricilərinin skrininqi həyata keçirilirdi.

Sənəddə eləcə də uşaqların müraciəti mexanizmlərinin implementasiyası, həmçinin, mühafizəsiz, küçədə yaşayan uşaqların təmənnasız identifikasiya sənədləri ilə  təmin olunması müsbət dəyərləndirilib.

“Hesabat dövründə hakimiyyət identə olunmuş qurbanların qayğısına qalmağa davam edirdi və məlumatı artıran kampaniyalar keçirirdi”.

Hesabata əsasən, baxmayaraq ki, Gürcüstan minimal standartları tam qane edir, hesabat dövründə anti-trefikinq hüquq-mühafizəsi baxımından səy göstərilməsi artmayıb və identə olunmuş qurbanların sayı da çox deyil.

“Əmək müffətişliyi aydın olmayan mandatla əməliyyatı davam etdirirdi və işlə təmin olunanların öyrənməsi məhdud idi. Qurbanların identəsi prosesi küçəyə ekspluatasiya olunmuş vəziyyətdə olan uşaqlara qarşı yenidən zəif idi. Dilənçilik və ya kriminal işlərlə məşğul olmağa məcbur edilənlərdən, eləcə də mühafizəsiz sektorda işlədilənlərdən söhbət gedir”, – deyə sənəddə yazılıb.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register