Nino Burcanadze Tbilisi mer seçkilərində iştirak etməyi planlaşdırmır

Nino Burcanadze Tbilisi mer seçkilərində iştirak etməyi istisna edir. Bu isə deməkdir ki, onun siyasi qüvvəsinin başqa namizədi olacaq. Bu haqda Burcanadze İberia TV-nin “Prioritet” verlişində danışıb.

“Mən hesab etmirəm ki, Tbilisinin meri olaraq namizədlik irəli sürməliyəm. Hamı yaxşı bacardığı işi görməlidir. Təqdim olunan namizədlərdən daha yaxşı mer olardım, amma hesab edirəm ki, başqa cür yanaşma tələb edən məsələlər var”, – deyə Burcanadze bildirib.

Onun sözlərinə görə, Demokratik Hərəkatın yetərincə güclü komandası var. Öz qərarları haqqında isə ictimaiyyətə yaxın gələcəkdə məlumat verəcək.

“Bizim yetərincə ciddi komandamız var və həqiqətən də hər hansı seçkilərdə hər hansı siyasi qüvvə ilə, hələ ki, bacarıqsız  “Gürcü Arzusu” ilə çox sağlam və adekvat mübarizə apara bilərik. Biz hələ konsultasiyalara davam edirik, yenidən düşünürük və yalnız bundan sonra qərarlarımız haqqında məlumat verəcəyik”, – deyə Burcanadze bildirib.

Tbilis  2014-cü il mer seçkilərində Demokratik Hərəkatın namizədi Dimitri Lortkipanidze idi.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register